Добро Пожаловать на Форум комнаты БАКИНСКАЯ_ВИКТОРИНА

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



Mikayıl Müşfiq

Сообщений 1 страница 23 из 23

1

Həyatı

İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.

1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Tam Adı Mikayıl Əbdülqadir oğlu İsmayılzada
Doğum Tarixi 1908
Doğum Yeri Bakı
Ölüm Tarixi 1938
Ölüm Səbəbi Repressiya edilib

0

2

YENƏ O BAĞ OLAYDI ...

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,

Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şerə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bəzən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

0

3

Əsərləri

    * 1.Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
    * 2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
    * 3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
    * 4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
    * 5.Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
    * 6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
    * 7.Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
    * 8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
    * 9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
    * 10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
    * 11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
    * 12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
    * 13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
    * 14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
    * 15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
    * 16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
    * 17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
    * 18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
    * 19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
    * 20.Əsərləri (üç cilddə). II c. 335 səh.
    * 21.Əsərləri (üç cilddə). III c. 354 səh.
    * 22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
    * 23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
    * 24.Qaya. Bakı: Maarif, 1978, 118 səh.
    * 25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
    * 26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
    * 27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
    * 28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
    * 29.Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.

0

4

Ürək

Sən onun eşqilə, məhəbbətilə

Vurmadın ömrünü başa, ürəyim.

Sevgi hədəfinə nişan alanda

Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,

Fırtınam ziyada, dalğam ziyada,

O ellər gözəli düşəndə yada,

Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,

Odur ki, vəfasız deyildir adın.

O, səni unutdu, sən unutmadın,

Yaşa, məhəbbətim, yaşa, ürəyim!

0

5

İşidir

Xeyr, hörüklərin deyildir ilan,

O əski şairlər söyləmiş yalan,

Məni xəyal kimi ayağa salan

O coşqun dalğalı telin işidir.

Bunu yaxşı bilir tanış yolçular,

Nə sən günahkarsan, nə mən günahkar.

Bu ovçu könlümə verməyə qərar,

O zərif qamətin, belin işidir.

Müşfiqəm, sözümdə tapılmaz yalan,

Gözündür könlümü odlara salan,

Qəlbimi ovlayıb, canımı alan,

O bülbül nəğməli dilin işidir.

0

6

Ana

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söyliyor ki: - Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım.
Söylədiyin sözlər ki, var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı.
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı? – söyləsə,
Diyorom ki, - qapılmadan bir xülyaya, bir hissə -
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım.
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

увеличить

0

7

Bir də Baxsan Mənə

Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.

0

8

Bulud qarşısında

Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!

Nədir ildırımında bu gurultu, bu çaxınc?!

Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.

Yetər, çaxma, ey bulut!

Mənə bir qədər sükut!

Həyəcan az deyildir onsuz da içərimdə,

Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə,

Səndən umacağım yox, dolaşıb üzərimdə

Yetər, çaxma, ey bulut!

Mənə bir qədər sükut!

Düşün, uzun qissədir bu gəncliyin qissəsi,

İstəməm gurultunu, mənim səsim mis səsi,

Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi.

Yetər, çaxma, ey bulut!

Mənə bir qədər sükut!

Dolaşma başucumda bir qara qüvvət kimi,

Aydın yoluma çıxma bir dərin zülmət kimi,

Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi.

Yetər, çaxma, ey bulut!

Mənə bir qədər sükut!

0

9

Küsmərəm!

Mən şirin ləhcəli bir bülbüləm ki,

Güllərdən küsərəm, səndən küsmərəm!

Məni öz canından artıq istəyən

Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,

Kirpiyin oxlardan, qaşın yaylardan.

Qarşımıza gələn uzun aylardan,

İllərdən küsərəm, səndən küsmərəm!

El içində bizə derlər Sayadlı,

Tərlan ovçusuyam, ruhum qanadlı.

İlham pərisinin açdığı dadlı

Dillərdən küsərəm, səndən küsmərəm!

0

10

Kimidir

Sevgilim əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-çəmən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamaşa görkəmi səmən kimidir.

Nə arzu eyləsən, könlümdə vardır,

Eşqimin səhəri bir ilk bahardır.

Ona könül verən nə bəxtiyardır,

Fikrim-hissim təzə gülşən kimidir.

Müşfiqin ürəyi yarpaqdan incə,

Titrəyir bir xəfif rüzgar əsincə,

Məşuqun ayağı haraya dəysə,

Orası aşiqə vətən kimidir.

0

11

Ona

Könül oğurlayan bir adı vardır,

Mələk deyil, amma qanadı vardır.

Siyah qaşlarının kölgəliyində

Daima çırpınır iki göyərçin.

Qonaraq könlümün budaqlarına,

Hər gün şeir oxuyurlar onlar mənimçin.

İndi öz-özümə inanmışam mən,

Nə qədər bəxtiyar insanmışam mən,

Saçları andırır zərrin suları,

Tökülüb axdıqca umuzlarına.

Oxşayır bədəni, bəyaz əndamı

Kölgədə bəslənmiş quzey qarına.

Amandır əsməsin tufan yelləri

Solar eşqimizin qönçə gülləri.

0

12

Sənə qurban

Deyirsən yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal sənə qurban.

Nə zaman istəsən əziz canımı

Qumral gözlərinlə al, sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,

Bir qara qulundur, qolları bağlı,

Gəl çəkmə könlümə sən hicran dağı,

Gümüş topuğunda xal, sənə qurban.

0

13

Səninçün

O gün ki hicrana uğradı yolum,

Qırıldı qanadım, qırıldı qolum.

Fələkdən bac alıb, bac verən könlüm

İndi uşaq kimi ağlar səninçün.

Gül gülü çağırır, çiçək çiçəyi,

Gülər aşiqlərin qönçə diləyi.

Sən neçin yıxırsan bu şux ürəyi?

Qəlbimin çeşməsi çağlar səninçün.

0

14

Sevirəm

Sevirəm

Bənövşə tək

Boynun bükərək

O məhzun duruşlarını.

Sevirəm

Mənimlə göz-gözə gələndə

Şimşək baxışların vuruşlarını.

Sevirəm

Kirpik çala-çala

Məni süzərək

Bir mahir ovçudan qorxmuş, ürkərək

O ceyran ədalı baxışlarını.

0

15

Yaşa könül!

Ah, bu uzun sevda yolu

Vurulurmu başa, könül!

Nişan aldım, kaman atdım,

Dəydi oxum daşa, könül!

Bir od düşdü buluduna,

Yandı könül eşq oduna,

Qaldın hicran umuduna,

Ey qırılan şişə könül!

Tərlansan, göydən enməzsən,

Bu torpaqda sevinməzsən,

Mən dönərəm, sən dönməzsən,

Yaşa, könül, yaşa, könül!

0

16

YENƏ O BAĞ OLAYDI...

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

0

17

Афярин сяня бакылы гыз!!! )

0

18

Очень сильно уважаю этого поэта. Люблю его стихи.

0

19

SEVGİLƏR

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

0

20

YADIMA DÜŞDÜ
Keçən günlərimi vərəqləyirkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı, birdən

Göyərçin əllərin yadıma düşdü.

Deyildir eşq odu məni yandıran.

Ruhumun şəhrini işıqlandıran,

Pozğun şəfəqləri mənə andıran

Ziyalı tellərin yadıma düşdü.

O gün də bir gündü, ey üzü dönmüş,

Sandım içində bir qaplan döyünmüş.

Bir anda köpürmüş, bir anda sönmüş

Xırçın əməllərin yadıma düşdü.

0

21

HƏYAT SEVGİSİ

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi.

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?

Təbiət varlıdır, təbiət xəsis,

İşlədərkən onu, sən ey mühəndis,

Mən də qart daşlara verdiyim bu hiss,

Bu incə mənadan necə əl çəkim?

Bir yanda tərlanlar, dumanlı dağlar,

Bir yanda kəkliklər, ayna bulaqlar,

Bir yanda bülbüllər, çiçəkli bağlar,

Mən bu tamaşadan necə əl çəkim?

Həyat dedikləri bu keçməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Qarşımda dalğalı dərin bir ümman,

Ümmanı sarsıdır bir acı tufan,

Bəyaz köpükləri bir çiçək yapan

Şeirdən, xülyadan necə əl çəkim?

Ulduzlar fikrimin çırağbanıdır,

Bulud xəyalımın karıvanıdır,

Səma ki, hissimin aşiyanıdır,

Böylə bir səmadan necə əl çəkim?

Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu,

Məndən məcnun kimi könül maraqla sordu:

-Bu saçı leyladan necə əl çəkim?

Xəzan acısına edib təhəmmül,

Gülün kölgəsində ötəndə bülbül,

- Həyat, həyat!- deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim?

Sən aldın aşını yeni hisslərdən,

Ey cavan qələmim, düşmə bəhərdən,

A dostlar, söyləyin, mən bu hünərdən,

Bu təbi valadan necə əl çəkim?

0

22

KÜLƏKLƏR

Mən də yazdım sənin kimi

Bir xeyli cəfəngiyat.

Fəqət heyhat

“Küləklər”im əsdi keçdi,

O da bir həvəsdi keçdi,

“Küləklər”im əsdi keçdi

Keçmişimlə bərabər.

Çoxdandır ki, “küləklər”dən,

O vərəmli əsərdən

Ölmüşmü, qalmışmı almadın bir xəbər

Mən ədəmə gedən “küləklər”in arxasınca

Baxmadım bir dul kibi.

“Küləklər”im əsdi keçdi

Nə mülayim, nə əsəbi.

Nə bir böyük fırtına qaldırdılar,

Nə qaralan qaşların altından

Bir bulud saldırdılar.

0

23

[b]EŞQİM

Anasız, babasız Ofelya kimi

Saçları pərişan bir qızdır eşqim.

Qəlbimin buludlu səmalarında

Titrəyən bir qərib ulduzdur eşqim!

Olmadan aşikar doğduğu yerdən,

Böyük tanrı kimi düşmüş nəzərdən,

Çöhrəsi gülməyən xarabalardan

Daha qəmli, daha issızdır eşqim!

Həyata baxmamış gülümsər kimi,

Hər bir hadisədən bixəbər kimi,

Yad əllərdə qalan yetimlər kimi

Başı bəlalıdır, yalnızdır eşqim![/b]

0