Добро Пожаловать на Форум комнаты БАКИНСКАЯ_ВИКТОРИНА

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



Мирза Алекпер Сабир

Сообщений 1 страница 22 из 22

1

Лживый чобан.
Один чобан на помощь звал в горах:
"Ой волки! Ой! Скорее на яйлаг!"
Сельчане в горы с палками спешат,
Чтоб убереч овечек и ягнят.
Увидя, как бегут они, скользя
Над пропостью, чобан сказал: "Друзья!
Всё стадо цело, да и сам я цел:
Я лишь над вами пошутить хотел".
Ушли сельчане. А чобан опять
Однажды в полдень стал с горы кричать:
"Спасите! Волки!.." И опять сельчан,
Потехи ради, обманул чобан.
Но вот и впрямь, оскалив хищьно пасть,
Решили волки на овец напасть.
И сколько ни кричал, ни звал чобан,
Все думали, что сново ждёт обман!
Никто ему не захотел помочь,
И люди молча уходили прочь.
А волки разобрали всех овец...
Итак, мой сын повести конец:

увеличить

0

2

Hamısın tapa bilirəm, Birin tapa bilmirəm
Bir belə məsel vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.
          Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
          Təşbihən, hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə uşaqlara qəyyum olub və hər ixtiyarı da yədi-təsərrüfünə keçirir. Söz gəlişi, uşaqların anasına naməhrəm olmasın deyə, nigah da oxudur. Bəli, müsəlman olan adam gərək belə də olsun… Və səğirlərində pulundan çox xərc olmamaqdan ötrü nökərləri-zadları da azad edir. Ancaq uşaqlar nökərlərin xidmətlərin dəröhdə edə bilirlər, eləməselər də yaramaz; çünki Hacı əmi şapalaqlayır. Qaldı ki, mülk, mal və pul - onları da icarəyə və muamiləyə verib işlədir.
          Bəli, vəqt o vəqt olur ki, uşaqlar böyüyürlər, indi gərək Hacı əmi uşaqlara hesab versin.
          Hesab isə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayır ki, Hacı əmi uşaqlara versin. Burasını istəyirəm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, Haci əmi “bəllətü” edib “həzmi-rabə”dən oturmuş olur.
          Hə, imdi deyəcəksən ki, bu sözlərinin yuxarıda dediyin misal ilə nə münasibəti var?
          Yox, əzizim, bir dayan, qoy sözümü ayağa kim deyim, gör münasibəti var, yainki yoxdur.
          Vəqt ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzetə müxbiri də bu sözləri eşidir, götürüb qazeteyə yazdırır.
          Hərçənd Hacı əmi oylə israfçı adam deyil ki, ildə beş-on manat verib bir qəzeteyə abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oxusun. Ancaq qonşudan alıb oxuduğu müftə qəzetedə nagah görür ki, bu əhvalat yazılıb, hələ olan kişinin acığı tutub, iki əlli bir qapaz müxbirin başına oylə ilişdirir ki, yazığın papağının nədir ki, öz qulağı yırtıq olur. Odur ki, deyirəm, hələ belə də gərək olsun…
          Amma burada yenə bir az fikirləşirəm; fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı neçün ilişdirdi?
          Tapıram ki, Hacı əminin elədiyi əməlin yazdığına görə…
          Fikirləşirəm ki, müxbir bu sözlərin yalandan yazıb imiş, yoxsa doğurdan?
Tapıram ki, doğurdan yazıb imiş.
Fikirləşirəm ki, bu əməl yaxşı əməl [deyil] imiş, hətta hacı əminin xuşkə möminliyinə də yaraşan əməl deyil imiş.
          Fikirləşirəm ki, pəs Hacı əmi qapazı öz başına ilişdirməyib müxbirin başına neçün ilişdirdi və halonki bu əməli işləyən hacı əmi özü imiş, müxbirin təqsiri nə imiş? Əcəba, buralarını hərçi fikirləşirəm, tapa bilmirəm ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa biləcəyəmmi?
          Tapa bilsəm də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!.. Indi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..

0

3

Mən belə esrarı qana bilmirəm

Mən belə esrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər utan, hərzəvu hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nədim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!
He, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..

0

4

Yadigar

                                                                    Möhtərəm Molla Nəsrəddin əfəndi!
                                                                    Acizanə xahiş edirəm ki, bu neçə
                                                                    kəlməyə jurnalınızda yer verəsiniz.

          Mərhum Həsənbəyin vəfatı münasibətincə lazım idi ki, bütün Qafqazda olan şəhərlərdən biz şamaxıların üstümüzə sər-səlaməti teleqramları çəkiləydi… Çünki o mərhum bizim öz şamaxılımız idi, o bizim öz adamımız idi; daha doğrusu, o bizim mənəvi atamız idi.
          Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya teleqram elədilər, nə bilim “Irşad”a yazdılar…
Bainhəməl biz yenə öz vəzifəmizi ifa etməkdə qüsurluq etmədik, o mərhumu yadımızdan çıxarmadıq, demək, onun bizdə olan həqqini əda etdik.
          Qərar qoyduq ki, onun ancaq möhtərəmə1 əyalına bircə teleqram edib sər-səlaməti verək. Hətta bu xüsusda çox danışdıq da, hələ də danışırıq, yenə də danışacayıq; çünki o mərhumu yadımızdan çıxarda bilmərik! Şərt teleqram vurmaqda deyil: hər  mətləbin üstündə gərək danışıq olsun, danışılır, danışırlar, axırda iş bir yerdə qərar tutar; necə ki, elə belə də oldu, yəni teleqramı mövqüf edib, mərhumun yadiğarına şəhərimizdə olan uşqolaların birində tək bircə nəfər yetim uşaq oxutmaq fikrinə düşdük; demək ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət partladıq! Afərin bizə! Mərhəba bizə!
          O idi ki, bu xüsusda götür-qoy elədik, götürdük qoyduq, qoyduq götürdük, qoyduq götürdük, götürdük qoyduq, bircə xırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz xoruz kimi şoğərib tək səbir bu yandan bannadı, səbrin səsinə diksinib yuxudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər saldım, gördüm ki, hamı xorhaxornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni sizə yazıb, dübarə başımı yasdığa və getdim yuxuya. Hərçənd ev isti, yorğan-döşək qalın, yuxu şirin, heç bir də oyanmağa ümidim yoxdur; amma yenə vəsiyyət yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım, mabədini də yazaram, yox, əgər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb zəbanı-ərz

0

5

Komediya kəmali-ləyaqətlə oyanıldı
Avrustun 3-də Salamovların evində Qarabağda axır vətdə erməni-müsəlman qirğınında yaralanmış müsəlmanların mənfəətinə müdiri-məsuk uçitel Əlicabbar Orucəliyev cənablari sair ziyalı cavanlar ilə mütəffiq N.Vəzirovun dörd pərdəli “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıxarılacaq otaq vəsi və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insan adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçiların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. Ianə mətlub vəchilə olmuş idisə də, spektakl dəxi müntezəm bir surətde tərtib olunmuş vəz ilə hüzurə çıxarılıb, kəmali-ləyaqət ilə oynanıldı.
          Cəbrayılov cənabları (Hacı Qənbər) hansi ki, öz dövleti[ni] əla dərəcədə dərk etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyənatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü. Cənab Məhəmmədov (Aşıq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, xoş avaz ilə oxumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saxlamaqla müəssir dediyi ibrətamiz sözləri tamaşaçıları məbhut etmişdi. Mustafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.
          Övrətlər rollarını cənab Səfərəliyev (Dilbər xanım), Kazım Abdullayev (Yetər), Ismayılov (Cəvahir xanim) qayətdə gözəl oynadilar. Məxsusən Ismayılov öz səsini və şiveyi-hərəkatını övrətlər şivəsinə artıq dərəcədə bənzədirdi.
          Hüseynbəy Hüseynbəyov (Hacı Səlman), Qulam Abdullayev (mayor Xudaverdi bəy), Məşədi Sadıqov (Molla Səfi), Şirəlibəyov (Mahmud), Əlibəy Nazir Hüseynbəyov (başmaqçı Imamqulu) hər biri öz rolunda behəqqi münasibi-məqam idilər. Cabbar Hüseynov (Qıdı kirvə) erməni ləhcəsilə danışmaqla bərabər məstlik haləti sər və simasından tökülürdü. Həmçinin süfliyorun səsi o qədər eşidilmiyordu. Antrakt vətində muzik ve zurnaçılar çalırdılar.
          Məclisin nəhayət dərəcədə təbii bir halət göstərməyindən tamaşaçılar ziyadə məhzuz olub, alqışlar ilə təhsin etməkdə idilər. Görünürdü ki, müntəzim və mürəttib cənabları öz vəzifələrində lazımınca səy edib, qeyrət göstərmişlər.
          Vüsul olan məbləğin vəzi-məxaricindən sonra təmizəlba1qi 318 manat 68 qəpik pulu Orucəliyev və Şirəlibəy sənab Şişə şəhrinə poçta vasitəsilə doktor Kərimbəy Mehmandarovun üstünə göndəriblər.

0

6

Ləbbəyk icabət
Sevgili, yeganə “Irşad”ımızın 272-ci nömrəsində “Ümum müsəlmanlara!” sərlövhəli məlaləyi oxuduqda şairir-həcvgu Əşrəfin şu qitəsi xatirimə gəldi:
          Ey vətən, ver əlini bir sıxayım,
          Əlimizdən gediyorsun, adiyo!
          Çeşemi-şəfqətlə baxıldıqca sana,
          Məni məhzun ediyorsun, adiyo!
          Qayəti-təhəssürümdən nə yapacağımı şaşırıb sərasimə həmvətənlərim olan Şamaxı əhlinə təvəccöhümdə nə gördüm? Bütün şəhər əhli mütəəssir olub, ümumi bir pərişanhallıq ilə rəfiqim Səhhətin şu beytləri ilə mütərənnüm olmaq istəyirlər:
          Ey vətən, getmə ki, əldən gedəriz1
          Biləriz fərz sənin xidmətini!
          Nədi-can eşqinə isar edəriz,
          Istəriz vəzi-fəlah heyətini!
          Iştə ‘Irşad”a dadrəslik məqamında əl uzatmağa mayil olan həmvətənlərindən tazə il üçün abunə olmağa iki yüzə qədər zəvati-giram kəmali-rəğbət ilə amadədirlər. Ancaq “Irşad” idarəsində abunə dəftərinin hələlikdə açılmayıb və açılması ədibi-mücahadimiz Ağayev cənablarının Qafqaza müsafirətindən sonraya qaldığına görə hal-hazırda abunə ola bilmeyirler. Ümidvarız ki, inşallah, tamam Qazqaz müsəlmanları və sairin himmət edib, əl-ələ verib “Irşad”ın dəvam və bəqasına ifayi-himmət edəcəklər və bu mənbəi-feyzin qapanmasına millət naimə razı olmayacaqlar.
          Iştə, hamıya məlum olduğu kimi, biz Şamaxı əhli əksər biladi-Qafqazdan fəqir və kəmtəvana olduğumuz halda, az da olur isə bu qədərcik “Irşad”a xidmət edəcəyik. Bizə nisbətən hər vilayət kömək edər isə “Irşad” qapanmaz güman edirəm.
          Milliyəti yad eyləyin, ey ümməti-naci!
          Pək təhlükəli xəstədir islam məzaci!

0

7

Qeyrət
Bu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın?
          Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.
          Hər halda adini tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni mətlub bir surətde əncamə irişdirməkdən ötrü şüari-islamiyyətimizin intişarına qeyrət və qerəti-milliyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqisi denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn ediyorum.
          Pəs boylə olan surətde şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əxz və nəvahini tərk edib hədisi-şərif “iza ləm yəğurrül-rəcul fəhuvə mənkusəl-qəlb” məzmununca qeyrətsizlikdən mənkusə-qəlb olmağa tənəzzül etməyib, irzi-islami mühafizə etməkle bərabər elmi-islami təhsil edib, zəminindeq dəxi ülumi-dünyəviyyə və əlsinəyi-əcnəbiyyəni əxz etməliyiz ki, həm dünya cəhətincə və həm axirət cəhətincə tərəqqi edib, məsud ve bəxtiyar olaq.

0

8

Xaqani

Ulularımızdan eşitdiyimiz

          Şirvan xaqanlarından, xaqani-kəbir Mənuçöhr olsa gərək, - bir gün erkən ova getdiyi əsnadə Şamaxının şimal-qərbisində, ən yavıq məhəldə vaqe Məlhəm kəndi kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki,
          - Oğlum, sizin kənddə böyük kimdi?
          - Əmi, bizim kənddə ən böyük gamuşdur.
          - Oğlum, mən oylə böyük demədim. Bunu demək istərdim ki, sizin kənddə adam qabağına çıxan kimdir?
          - Əmi, bizim kənddə adam qabağına çıxan itdir!
          - Yox, canım, yəni ağsaqqal adam kimdir?
          - Əmi, adam istəsən mən, saqqal istərsən bilməm.
Şah gülərək:
          - Oğlum, söylə baxayım, sən burada nə yapırsan?
          - Əmi, mən burada çör-çöp toplayıram!
          - Oğlum, çöp məlum, çör nədir, əcəba?
          - Əmi, çöp ayaqda duran, çör isə yerə yıxılmış çıpırtı deməkdir!
Uşağın bu sözləri xaqanın xoşuna gedər, bir qızıl çıxarır.
          - Al, oğlum!
          - Nədir o?
          - Bir qızıldır, sənə bağışlayıram.
          - Sağ ol, əmi! Mən istəməm!
          - Nəyə?
          - Istəməm, çünki anam məni çör-çöp yığmağa göndərmiş, bu qızılı götürsəm sorar ki, nərədən buldun? Şübhələnir də, sonra mənə acıqlanar.
          - Oğlum, mən Şirvanın şahı xaqanam. Anana söylə ki, qızılı mənə xaqan verdi.
Uşaq təzim edər.
          - Şahım, oylə isə heç alamam, çünki padşah adama ehsan edər, bir qızıl verməz ki!.. Çox…çox… versin gərək! Anam da deyər ki, gərək sənə padşah çox versin, sən bu pulun qalanını nə yapdın?
Kiçik bir uşaqda bu böyük istedadı görən xaqan uşağın oxursa, şübhəsiz, gələcəkdə böyük fazil bir şəxs olacağına əmin olduğu cəhətlə, uşağın atasını ehzar etdirib onun oxuma məsarifinə kəfil olacağını vəd ilə uşağın bir alim zatın təhti-tərbiyəsinə verilməsini vüzərayə əmr edər.
          Əvət, oxumaq bərəkəti sayəsindədir ki, məlhəmli dulğar Əli kişinin oğlu Şirvan şahlarının sərmayeyi təfaxüru olan “Xaqan” ləqəbini onlardan almağa kəsbi-ləyaqət edib. Xaqani Şirvani kimi bir şöhrəti-əbədiyə nail olur ki, bu gün bütün üdəba, şüəra və füzəla indində şayani-təqdir olmaqla biz şirvanlılar, xassə biz Şirvan şairləri onunla təfaxür etməkdə haqlı qalıyoruz. Iştə, oxumanın bəxş etdiyi fayda budur!

0

9

Aglaşma

Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!
Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!

Çıxa canı ax qalanın gözünün babəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən,
Nədir əğniyayə xeyri onların yeməklərindən?
Yeməyib acından ölsə, dəxi xoş bəhanə, ya rəb!

Mənə boylə-boylə işdə deməyin söz, ey cemaət!
Nəyimə gərək ki, yeksər qırılıb olur də millət?
Yaradan xudayi-raziq edəcək özü kəfalət,
Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb!

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda-sədayə -
Ki, gərək kömək olunsun füqərayi-binəvayə…
Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb!

Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?
Iki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?
Onu ərmək olmur axır hər ölən-qalanə, ya rəb!

Füqəralər əğniyanın tanısın neçin yaxasın?
Əgər açdı qarnı, satsın papagın, çulun-çuxasın;
Edər əğniya də başqa işə dair öz səxasın,
Məgər azdı bəzlü bəxşi filanə, filanə, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa, sonra danna!
Pulunu fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb!?

0

10

Ey fələk, zülmün əyandır…

Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün eşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qazetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah!

          Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhbu səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət:

          biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər məhtü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…

      Budur aləmi-nisvan!
      Budur hali-müsəlman!
      Gərəkdir edə məhdud
      Öz övladını insan!

      Sən, əmma, hələ qanma!
      Inanmırsan, inanma!
      Fərəhlən əməlindən,
      Utanmırsan, utanma!...

0

11

Leyli-Məcnun

Ey dövlətimin zəvalı oğlum!
Ey başı ağır bəlalı oğlum!

Ey məktəbu dərsin aşinası!
Ey rişteyi-elm mübtəlası!

Şad oldum o gün ki, sən doğuldun,
Min şükr elədim ki, oğlum oldun.

Derdim ki, gözəl xələf olarsan,
Bir ailəyə şərəf olarsan.

Şuğlu hunərimi yad edərsən,
Atanı, ananı şad edərsən;

Dünyadən olursa irtihalım,
Ancaq sənə tərk olur mənalım.

Bilməzdim olursan elmə şeyda,
Şuridə edər səni bu sevda.

Bəzi oxumuş rəfiqi-bədxah
Tədbirimi çaşdırıbmış, ey vah!

Uydum olara, səni oxutdum,
Səd heyf ki, əqlimi unutdum!

Kəsdin öz əlimlə öz ayağım,
Xamuş elədim mən öz çırağım.

Girəm bu xəta düşüb özümdən,
Göz nuri kimi uzaq gedirsən?

Bunca oxudun, yorul da barı,
Bir dəfə buraq bu zəhrımarı!

Pul qalmadı, baxmışam hesabə, -
Getdi qələmə, kağız, kitabə.

Juranlu kitab yüz-yüz olmaz,
Bu xərc ticarətdə düz olmaz.

Dəftərsə beş-altı cild bəsdir,
Ey naxələfim, bu nə həvəsdir?!

Çernil, qrafil, pero, qarandaş -
Icad edəni olaydı şil, kaş!

Insaf eləməzmisən ki, yandım,
Puli nə əzab ilə qazandım!

Bihudə işə nə xərc edirsən,
Bu könlümü hərcü mərc edirsən!

Xərcin tükənib kəsilmir ardı,
Billah, dəxi pullarım qurtardı!

Xacə əridi, üzüldü canın,
Soldu gül üzün, qaraldı qanın;

Vazeh bu ki, xəstədir məzacın,
Ya rəb, kim edər sənin əlacın?!

Nə var yeyib-içməyin, nə xabın,
Təhsilədir ancaq irtikabın.

Nə seyru səfanı xoşlayırsan,
Nə dərsu kitabı boşlayırsan.

Mırt-mırt oxuyub mırıldayırsan,
Qarğa kimi hey qırıldayırsan!

Əyyami-bəharu güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!

Həmsinlərin səfadə, bağda,
Həməsrlərin çəməndə, dağda.

Bəzisi gəzib də kiştzarı,
Quş eldə gözətləyir şikarı;

Bəziləri bir tərəfdə xəlvət,
Adətcə edərlər eyşu işrət;

Bəzisi olub qumarə məşğul,
Bəzisi şərabə, yarə məşğul.

Hər bir nəfəri bir işde çalak,
Hər digəri bir əməldə bibak.

Hər gün əbəvəyni şad edirlər,
Hörmətlərin izdiyad edirlər.

Xoş ol əbəvəynə kim, bu minval
Hər daim olur cahanda xoşhal!..

0

12

Mən belə esrarı qana bilmirəm

Mən belə esrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər utan, hərzəvu hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nədim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!
He, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..

0

13

Məzlumluq edib başlama fəryada, əkinçi!

Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu keç vurma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
        Ləğv olma, ədəb gözəl bu məvadə, əkinçi!
        Lal o, a balam, başlama fəryadə əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
        Getdi mənə nə fəhləliyin badə, əkinçi!
        Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
        Ol indi palas satmağa amadə, əkinçi!
        Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, əvr bəbəyindən!
        Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
        Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey də yoxumdur, çıxarib canını, allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
        Öz halını sal indi özün yadə, əkinçi!
        Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
        Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
        Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insaqlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
        Iştə belədir haləti-bəyzadə, əkinçi!
        Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

0

14

Sual-cavab
- Görmə! - Baş üstə, yumaram gözlərim.
   - Dinmə! - Mutiəm, kəsərəm sözlərim.
   - Bir söz eşitmə! - Qulağım bağlaram.
   - Gülmə! - Pəkey, şamu səhər ağlaram.
   - Qanma! - Bacarmaram! Məni məzur tut,
                   Böyləcə təklifi-məhali unut!
                   Qabili-imkanmı olur qanmamaq?
                   Məcməri-nar içrə olub yanmamaq?
                    xəmuş atəşi-suzanını,
                   Qıl məni asudə, həm oz canın!

0

15

Sərhesab

Səs ucalaşdı1, qoymayın!
Millət oyaşdı1, qoymayın!
Rişteyi-dərsə, məktəbə…
    Cümlə dolaşdı1, qoymayın!
    Iş yavalaşdı1, qoymayın!

El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
    Qaynadı, daşdı1, qoymayın!
    Həddindən aşdı1, qoymayın!

Tərk eləyin cavanları, -
Zərrəcə yoxdu qanları,
Sözləri doğru isə də,
    Başları saşdı, qoymayın!
    Çöhrə təraşdı, qoymayın!

Sehri, füsunu xoşlayın,
Şairi, şeri boşlayın,
Məktəb ilə bu firqənin
Bağrı badaşdı, qoymayın!
Nikbəti var, səsin kəsin!
    Qarğa, dolaşdı, qoymayın!
    Çox pis ulaşdı, qoymayın!

Kafir olub, vurun, vurun!
Rişteyi-ülfətin qırın!
Yazdığı şərini cırın!
    Dinə sataşdı, qoymayın!
    Küfrə bulaşdı, qoymayın!

Əqli, şüuri, fəhmi yox,
Irzu həyadə səhmi yox,
Məzhəbi, dini, rəhmi yox,
Işləri yaşdı, qoymayın!
Lap danabaşdı, qoymayın!
    Qırıldı qaşdı, qoymayın!
    Gözdən uzaşdı, qoymayın!

0

16

Qorxuram

Payi-piyade düşürem çöllere, -
Xari-müğilan görürem, qorxmuram.

Seyr edirem berru biyabanları, -
Quli-biyaban görürem, qorxmuram.

Gah oluram behrde zövreqnişin, -
Dalğalı tufan görürem, qorxmuram.

Geh çıxıram sahile, her yanda min
Vehşeyi-ğürran görürem, qorxmuram.

Gah şefeq tek düşürem dağlara, -
Yanğılı vulkan görürem, qorxmuram.

Gah enirem saye tek ormanlara, -
Yırtıcı heyvan görürem, qorxmuram.

Üz qoyuram gah neyistanlara, -
Bir sürü aslan görürem, qorxmuram.

Meqberelikde edirem gah mekan, -
Qebrde xortdan görürem, qorxmuram.

Menzil olur gah mene viraneler, -
Cin görürem, can görürem, qorxmuram.

Bu kureyi-erzde men, müxteser,
Müxtelif elvan görürem, qorxmuram.

Xarici mülkünde de hetta gezib
Çox tühaf insan görürem, qorxmuram.

Leyk, bu qorxmazlıq ile, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müselman görürem, qorxuram!..
Bisebeb qorxmayıram, vecgi var,
Neyleyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürem, qorxuram
Qorxuram, qorxuram, qorxuram!..

0

17

Uşaqdır

Ay başı daşdı kişi, dinme, uşaqdır uşağım!
Ne edeb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Atanın goru üçün, boşda bu tifli başına,
Keyfine deyme, söye ya sene, ya qardaşına,
Indice-indice ancaq yetir on bir yaşına,
Eqli kesmir, hele bir körpe uşaqdır uşağım!
Ne edeb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Bir söyüşden öteri etme eziyyet balama,
Göyerib coşma, utan, qonşuları yığma dama,
Sene söydükleri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Ne edeb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Ax, ne yaxşı kişidir qonşumuz Ağcanın eri, -
Oğlu söydükce ferehden açılır balü peri;
Yoxsa, ay herze kişi, bir quru sözden öteri
Darıxırsan, demeyirsen ki, uşaqdır uşağım!
Ne edeb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söyle mene bir dexi mekteb sözünü!
Yeni mekteble uşaq kamil edermiş özünü?
Bir söyüşden yana az danla bu tiflin üzünü!
Sozu lezzetli, şirin dilli uşaqdır uşağım!
Ne edeb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Deyilik ermeni, zaye edek övladımızı,
Oxudaq gözleri açılmamış ehfadımızı,
Görmüşem elm oxumuş heyvere damadımızı,
Qoymaram mektebe, bir qabil uşaqdır uşağım!
Ne edeb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

0

18

Uşaq ve buz

Derse geden bir uşaq
Çıxdı buz üste qoçaq;

Sürüşdü birden-bire,
Düşdü üz üste yere.

Durdu uşaq neyledi?
Buza bele söyledi:

“Sen ne yamansan, a buz!
Adam yıxansan, a buz!

Az qalıb ömrün senin,
Yaz geler, artar qemin:

Eriyib suya dönersen,
Axıb çaya gedersen!”

0

19

Джерри
"Лживый чобан.
Один чобан на помощь звал в горах:
"Ой волки! Ой! Скорее на яйлаг!"
Сельчане в горы с палками спешат,
Чтоб убереч овечек и ягнят.
Увидя, как бегут они, скользя
Над пропостью, чобан сказал: "Друзья!
Всё стадо цело, да и сам я цел:
Я лишь над вами пошутить хотел".
Ушли сельчане. А чобан опять
Однажды в полдень стал с горы кричать:
"Спасите! Волки!.." И опять сельчан,
Потехи ради, обманул чобан.
Но вот и впрямь, оскалив хищьно пасть,
Решили волки на овец напасть.
И сколько ни кричал, ни звал чобан,
Все думали, что сново ждёт обман!
Никто ему не захотел помочь,
И люди молча уходили прочь.
А волки разобрали всех овец...
Итак, мой сын повести конец."

Ой ну надо же)))Кянанская сказка в стихотворной форме)

0

20

Ceyran

En cetin sheri sen yazmisan))))))

0

21

мян билирдим сизин хошунуза гялячяк) :flag:

0

22

sen yazdigin her shey bizim xoshumuza gelir)

0