Добро Пожаловать на Форум комнаты БАКИНСКАЯ_ВИКТОРИНА

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



H.O.S.T Alliance

Сообщений 1 страница 41 из 41

1

Hər şey qaranlıqdan başladı.
Boz kütlənin içində itib-batmış azadlığımızı xoşbəxtliyimizə qurban vermişdik.
Ətrafımızdakı məğlub olmuş insanlar bizim mübarizəmizə gülürdülər.
Biz də gülürdük onların acizliyinə.
Həyat MTV ekranlarından görünən kimi rəngarəng, insanlar diş pastası reklamlarındakı kimi xoşbəxt deyildi.
Hava zavod tüstülərinə, Od silahlara, Su qana dönmüşdü.
Torpaq isə mərmər parkların altında qalmışdı.
İnsanlar öz maskalarına çevrilmişdi.
Bütün vaxtımız boş keçirdi, amma heç nəyə də vaxtımız çatmırdı.
Gördüyümüz ədalətizlikləri içimizdə söyürdük.
Müasir gənclər inqubatorundan ölüm statistikasına doğru gedən bu yolda bizi pul, içki və seks gözləyirdi.
Amma biz cəsarət, xoşbəxtlik və sevgini seçdik.
Biz seçilmişliyi seçdik.
Paradoksları normaya, istisnaları qanuna çevirdik.
Dünyanı əksinə fırlatmaq üçün geriyə dönməyimiz bəsdir!!

0

2

АЗАД ХОСТЧУЛАР:

Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq-vuraq-sındıraq!
Varlılardan oğruyaq!
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad H.O.S.Tçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!

Müasirlik adıyla sıxışdırdılar əxlaqı,
Gizli cinayətlərin bu gün açıq istindaqı.
Bəsdir tənqid, bəsdir sadəcə sözlərdə iş,
Bəsdir sadəcə mahnılar, bəsdir sadəcə verliş!
Köhnə bir məscid beş yeni tikilmiş barın əhatəsində,
Tərbiyəli bir qız pozulur oğlanların əhatəsində.
Mobil telefonunda porno – budur mu islam ölkəsi?
Bəlkə bayraqdan çıxardaq onun yaşıl hissəsin?
Nə ümidimiz var, nədə ki inamımız var.
Bir əldə yumruğumuz, o biri əldə Quranımız var.
Tək Yaradanımız var.
Qarşıda pozğun cəmiyyət.
Bura cəhənnəmdir, deməli var hardasa da Cənnət!
Nə dəsdəyimiz var,
Nədə ki köməyimiz var.
Amma polatdan da bərk əyilməz ürəyimiz var.
Bircə diləyimiz var –
O da ki haqq-ədalət.
Sevgiyə qarşı sevgi,
Nifrətə qarşı nifrət.

Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq-vuraq-sındıraq!
Rüşvət alan müəllimləri də evə gedəndə təkliyək,
Təkərlərini boşaldaq, gecəylə şüşəni çatladaq!
Ağladaq fahişələri tutub çırpa-çırpa barda!
Tulluyaq mühazirə dəftərlərini! Təhsil harda?
Günah nə müxalifətçilərdə, nədə ki iqtidarda!
Günah bizdədir! Adi xalqın üzvləri
Küçədə qadına söz atırsa,
Burda prezident neynəsin?
Ər arvadını aldadırsa,
Burda prezident neynəsin?
Satıcı müştəriyə atırsa,
Burda prezident neynəsin?
Uşaq məktəbdən qaçırsa,
Burda prezident neynəsin?
Və nəynəyək biz dəyişməkçün?
İrəliyə keçməkçün?
Əvvəlcə gözünü açmalısan
Günəşi görə bilməkçün.
Xalqın çürük beyni, xəstə düşüncə tərzi.
Ən düşük verlişlərdə bu gün ən yüksək reytinq.
Keçən il dedik istəmirəm,
Hamı əzbərlədi,
Amma min nəfərdən cəmi biri əməl elədi.
Qalanın apar tulla, hamısı lazımsız fanatlar,
Onlar üçün dünən Xose, bu gün HOST, sabah İsfəndiyar,
O qədər fərqi yoxdur, təki dinləmeye bir shey olsun...

0

3

Хейатым эллеринде...

0

4

Истемирем...

0

5

Аглама....

0

6

Падре...

Эта песня мне очень нравится...Что-то знакомое....жизненное...

"деирлер пул деил эсас..онунла хощбехт олмаз"...

0

7

нече....

Neçə günəş gərəkdir, ürəyimi isitməkçün?
Neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı?
Neçə külək gərəkdir göz yaşlarımı qurutmaqçün?
Neçə mələk gərəkdir sənin gözəlliyini unutmaqçün?
Neçə sınıq saat gərəkdir bu zamanı saxlamaqçün?
Neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaqçün?
Neçə qanad gərəkdir çırpınıb uçum ulduzlara?
Neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaqçün?
Neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun?
Neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun?
Neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər?
Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir?
Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir kağıza mürəkkəb
Həyat çox mürəkkəb, çətindir düzəltmək,
yaranı sağaltmaq,
kədəri azaltmaq,
əzabı qısaltmaq
dünyanı əksinə fırlatmaqçün neçə külək gərəkdir?!

Bize isti baxishlarla baxir sehne,sagaldiqca yara unuduldu sehvler,
Her nagilin bir sonu sevincli seyfe,amma, men yene-yene-yene tenha

Neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə?
Neçə xəritə lazımdır bizə millət yolunu azmasın deyə?
Neçə kapsulada dərman ki yaralarımızı keyitsin bir neçə müddətlik?
Neçə fərman ki təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik?
Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca?
Neçə zolaqlı bayraq xilas edəcək bizi görəsən ən dar anda?
Neçə kilsədə məsciddən qorx qaç deyəcək dünya hələ bizlərə?
Neçə propoqanda basılar beyinlərə Hollywood dönəcək siyasətə.
Neçə irqdən insanlar qıracaq bir birini ancaq dəri rənginə görə?
Neçə cüt göz basdıracaq ümidlərini oğlu qızıyla bir qəbirə ?
Neçə vəhşiliyin şahidi insanlar dönəcək manyaklara?
Neçə nüvə silahının nüvələri sayı qədər ac insan batacaq səhrasında?
Neçə fitnə, neçə soyqırım, neçə ton qan, neçə min edam, neçə işqal...
Neçə zindan namus qoruyanına ömürlük həpslə elektrik stulları?
Neçə sərhəd ayırası məni məndən, H.O.S.T?!

0

8

Эльвида...супер слова....

Yol, uzun bir yol.
Ömrüm davamlı addımlardı
Mənim hakim kəsilmiş aritmiya
Ritmi pozan yoluma girənlərdi,
Yolumdan çıxanlardı.
Dünəni unutmaq adət halına çevrilib
Xronika amneziya
Hər addım yeni yol yoldaşıyla müşayiət.
Dünən dost olan bugün artıq mənimlə addımlamır,
Dünənim bugünümə etmir sirayət,
Deməli, azadam qaranquştək,
Rahatam,yoxdu dostum.
Öz yolumda tərk olunmuş tək
Dünən bir sevgilim vari idi,
Bir az yoruldu,
Oturduuu,oturduuum.
Ritm pozuldu.
Aldım qucağıma,
Razı olmadı.
Dedi burax get!
Tərk etdim!
O rahat, mən azad.
Bir neçə ümid də basdırıldı həmin gün.
Amma çox tez unuduldu.
Qulağın məndə olsun!
Bu dəqiqə sənsən dostum.
Zamanı dondur bacarsan,
Qoy hər şey donsun,
Ümidlər doğrulsun!
Günəş sönsün!
Qranlıq! Boş masa
Üstündə bir şam.
Əldə məktub!
3-cə kəlmə yazılıb:
GÖZLƏMƏ! BAĞIŞLA! ƏLVİDA!
(PRoMete)

Əlvida, nazlı ümidlərim, Əlvida
Əlvida.ana mən gedirəm.ağlama,
Əlvida, Yandıraraq körpüləri,
Gedirəm sona çatıb əsərim.
(ErranT)

Qaranlıq vağzal, heykəl sərnişinlər,
Bu yerdə neçə ürək qırıldı,
Neçə sızılti inlər.
Belimdə günahlar,
Torbamin içində sınıq qəlbim,
Əllərimdə qan.
Nəyim var ki, məni də məndən aldın.
İndi boş hədiyyə qutusu kimidi həyat.
Gözləməkdə hər kəs,
Öz boş içini bəzəklərlə gizləməkdə.
Bezdim dəmir qəfəsdəki qanadlı arzudan,
Taleyimlə püşk oynamaqdan
Bezdim ağrıdan.
Gedirəm qranlıq şəhərin xəstə küləklərindən,
Gedirəm məni sevənlərin içindən ürəklərindən.
Gedirəm, bu torpaqda bitmədim mən,
Bu cəmiyyət anlamadı.
Və gedirəm ilk qatar hara aparsa fərqi yoxdu.
Əlvida, doğma pəncərələr, Əlvida
Əlvida, ulduzlu gecələr, Əlvida
Gedirəm
Divardakı rəsmlərimi tullayarsız,
Yazdığım şeirləri də kim istəsə paylayarsız.
Güldürərsiz sevgilimi darıxıb ağlayanda,
Yandırarsız çadırı kimsə yas saxlayanda.
Lazım deyil quru hörmət,
Mənə doğma faciəm.
Əlvida, sonuncu misra sənlə bitdi qafiyəm!
(QaraQan)

0

9

Мен деищеджем...

0

10

Гюллеленмищ мектуб

0

11

Гарада гырмызы...

Qaldırın əlləri bizlə bir yerdə siz
HOST hücuma başladı sındırıb belləri
Gündə bir nəfər əlavə ordumuza gəlir
Tozlu küçələrin canına qorxu tapın bizləri
Və polisə təslim edin
Nə qədər azdır sayımız KQB izləsin
İçimizə salın gizli cəsus yolumuzu kəssin
Ayrə-ayrı hər birimizi qaldırın siz aradan
Qovun ali məktəbimizdən nə qədər azıq
QaraQan qələmi götürüb söz yazır
Nə oğurluqdu nədə ki cinayət
Amma hər ikisindən təhlükəlidir
Dinliyənlər olur zombi və artır ordumuz
Cənab hakim bizim orduda sizində oğlunuz
Qarşı çıxmağa çalışma
HOSTun işinə sən qarışma
Repçi deyiləm Məndə Varama getmirəm
Yox yarışma fəlsəfəm fərqli işim deyil təkcə mahnı oxumaq
Məqsədim özüm kimiləri eyni yerdə yığmaq
Dairənin içində ulduz rəngimiz qarada qırmızı
Deyirik sevgi yoxdur yalan var və tutub hər kəsi
İçini günahlar yeyir çölünü yeyir quduz cəmiyyət
Dostla tanışlar arası bizdə var böyük sərhəd
Hər tərəfdə saxta rüşvət vəhabilərə dönür millət
Bir tərəfdə nurçulardı bir tərəfdə ateistlər
Bir tərəfdə müxalifətçilər boş fikirləriylə
Hakim olmaq istəyir bacarmayan özləriylə
Fahişələr,mavilər və təzəcə çıxmış lezbiyanlar
Dünən ruskayazıçnalar bu gün olub anqliçanlar
Yaxşı bizim protestantlar sizdə olun anqlikanlar
Sətirlərim batalyonlar qafiyələr partizanlar

Qalxır əllər havaya hələdə enməməkdədir
HOST albom havayı amma hamı dinləməkdədir
Yox yol başqa cürədə ola da bilməz
Axı bu repdə yeni bir postdu
Dostum HOSTdu seç
Ya düşmənsən ya da ki dostum

Mən inanmıram səhər nə vaxta açılar
Mən inanmıram əriyər buzlar ürəydə
Mən inanmıram bitər içimdə gecələr
Mən inanmıramm HOST inanmır
Sizdə inanmayın
Yalan satan satıcıların ölçüləri yalan
Sədaları İç xəbərləri və Carçıları yalan
Demokratçılar yalan ağ ev boyda ağ yalan
Sağ qalan HOSTa gəlsin
Deyin varmi sağ qalan?

İdeallarımız taxta çıxdı
Söz verdilər saxta çıxdı
Gözünə qorxu yad olana
HOST qapısı hər an açıqdı
Azad cəmiyyət ayağa qalxdı
İndi bizim ulduz vaxtı
Qəmli dərin məna gecə
Sonda yenədə xoruz çıxdı
İrəli gedəsi gənclər yenədə geriyə qaçır
Boş başlar bir qazanda qaynayanda ancaq buxar çıxır
Dəyişəcəm deyir qurtaraq deyir söz verir
İllər öncə batmış insan boğulanamı əl verir?

0

12

Сенсиз......

0

13

Безмищем...

0

14

смслер дюньяны хилас эдеджек =)

0

15

Севги йохдур...

Yeni vərəq,yeni qələm sevgi sanki cəhənnəm
Ürək sancır nəfər gəlmir sevgi xəstəlik vərəm
Sevgi cadu kimidi qanla çəkilmiş pentaqramma
Sağ olsaydı Şekspir mənim həyatımdan yazardı drama
Biraz stress koma pristup arada bir də paranoya
Bu nə zamandı insanlar sanki robot mamamiya
Yox romantika ürəklər artıq sevmir
İçidə boşdu hamının kirayə verilən otaqlar kimi
Oyna uşaqlar kimi mənim ürəyim oyuncaqdı
Sındır əlini çıxart gözünü xeyri yoxdu yenədə sağdı
Qələm damar mürəkkəbimdə qan axır sətirlərə
Lirik fəlsəfəm çevirir orduları əsirlərə
Qaraqanam HOSTun oğlu
Yaraları buzla doldur kim deyir ki sevgi var?
Mən deyirəm sevgi yoxdur
İndi fərqli hisslərində hamı başqa arzularda
Leyli Məcnun sevgisidəki boş nağıl arzularda

Dar,insanlar onlar özləri özlərindən qorxdular
Unutdular yox olaraq arzular,ümidlər,sevgilər ürəylərdə itər
Çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular
Çürüntülər ürəkləri bağladı mələklərdə içimizi görüb ağladı

Yeni gecə yeni səhər sevgi yoxdur var kədər
Sevgi yoxdur var yalan sevgi yoxdur var zəhər
Sevgi yoxdur uşaq nağıllarıdı gözəl əbədi sevgi
Ehtiras var yalannan deyirlər səbəbi sevgi
İndi seks və şou indi geroin və pul əsri
İndi MTV,Sweet Sixteen,Pimp My Ride əsri
İndi hi5 zamanı indi easy life zamanı
Mobil telefonlar kimi mobil insanlar zamanı
Sülh raketlərdən atılır yemək paketlərdə satılır
Sevgi yoxdur hər il yeni bir sevgi çıxır sonra atılır
Sevgi yoxdur gizli-gizli parkda sevişmək var
Sevgi yoxdur dalaşmaq qırışmaq didişmək var
Sevgi yoxdur var dörd təkər üstündə dəmir parçası
Leyli olub bu gün 90x60x90 markası
Sevgi olur qanadlarla əlvan sehrli hisslərlə
Sevgi olmur saytdan hazır götürülmüş smslərlə

Dar,insanlar onlar özləri özlərindən qorxdular
Unutdular yox olaraq arzular,ümidlər,sevgilər ürəylərdə itər
Çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular
Çürüntülər ürəkləri bağladı mələklərdə içimizi görüb ağladı

HOST , Qaraqan , sevgi yoxdur , bügün sevgi belədi ,
Görəsən 5 il sonra necə olacaq ?

0

16

Гель гедей...

Gəl gedəy ulduzlar rəks edər bizimçün orda,
Gəl gedəy əyaq yalın mavi dəniz sahilinde,
Gəl gedəy orda insanlar yoxdu!Deməli yoxdu dərd!
Gel gedey əlimdən bərk yapış,gəl gedəy!
Gəl gedəy orda çiçəklər ve göyərçinlər,
Gəl gedəy sərin bulaq yaşıl çəmənliklərə,
Gəl gedəy at bu qaranlıq şəhəri bir dəfəlik!
Gəl gedəy canım,gəl gedəy gozum,gəl gedəy!
Gəl gedəy əbədi yaz küləkləriylə bizə qonaq gələr,
Günəş saçan saçaqlarıyla saçlarıvı darar,horer.
Bəyaz atlar isti qumlarda gəzdirər bizi,
Sonsuz meşə öz içində azdirar bizi.
Gözdüyər bizi sərin kölgəsiylə uca çinar,
Gəl gedəy meyvə bağlarında, ağaclarda bar.
Gəl gedəy orda qayalarda ceyranlar qaçar,
Hava təmiz, her tərəf işıq,sema açıx!
Gəl gedəy orda yoxdu yorulmaq və ağrımaq,
Istəsəndə bacarmazsan orda ağlamaq.
Gəl gedəy buludlar töksün hərdən şirin yağiş,
San ki, rəssam əliylə çəkilib orda hər qariş.
Saatlarla dinləyək, dalgalarin səsin,
Sahildə bizdən başqa ayaq izi yox heç kəsin.
Yuxu kimi hər baxça doldu əlvan ətirlərlə,
Gəl gedəy gəzdirim səni sehirli nagillarda…!

Apar məni,
Sıxıb bu qara şəhər məni,sahilə çırpılır dalğalar,
Bezmişəm canım apar buralardan məni uzaqlara.
Apar məni,
Yandırır, titrədir ocaqlar,
Qapısı baglı boş otaqda qalmışam canım apar buralardan məni uzaqlara....

Qaranlığıma xoş gəldin. Şəhərə qış gəldi.
VƏHŞİLƏR yarımadası büründü əbədi zülmətə,
Hər küçənin öz ağrısı var,gözünə yaş gəldi,
Daş binalar heç oxşamır rəngarəng Cənnətə,
Burda sevgi imkansız,azadlıq zindansız,
Mümkün olmur burda çünki, insanlar cox VİCDANSIZ!!!
Her baxishda sert baxishdi haminin ichini qurt yeyir,
Çüruümüş ürəklər şəhəri düzələ bilməz üsyansız,
Gəl gedəy yaxşılar ölkəsinə orda yoxdu dərd,
Gəl gedəy varlı-kasıb eyni, heç kəs olmur pərt,
Gəl gedəy buludların içində tapaq o ölkəni,
Gəl gedəy canım,gəl gedəy gozüm,gəl gedəy!
Gəl gedəy orda insanlar yalan danışmır,
Hər kəs öz işində heçkəs-heçkəsin işinə qarışmır,
Yoxdu padşahlar,yoxdu nökərlər,yoxdu cinayət.
Gəl gedəy orda yox rüşvət və xəyanət!!!
Danışır eyni dildə hamı yoxdu millətlər.
Hər kəs eyni yoxdu fərqli dinlər, heç kəs orda tutmaz səndə eyibi.
Yoxdu paxıllıq və oğurluq,yoxdu içgilər,yox qumar,yox soyüş zəhərli bitgilər!

0

17

Лай лай, Азербайджаным...лай лай ветеним, ана торпагым....Супер песня.

0

18

Эсмеральда...

0

19

Proya

0

20

Реплика....

0

21

Sirdetul Munteha...

0

22

Хосту говун...

0

23

Милли меджлис....

0

24

Проза.....

0

25

Узаглара мектуб...

0

26

Бир.

0

27

Sinderella
молодец) сегодня после работы все ролики просмотрю.

0

28

=)Там не клипы сновном ,мась) А прото песни..но в них такие слова...мм

0

29

Бир.
Бир йаланнан хяр шейи итирярсян (супер слова)

0

30

О донеджек..

Terk etdiyin o yerde tek
Her gun eyni umidle gozleyerek.

Seni,seni tanimadiqim yeni sensiz vaxtlarimda sevmishdim men.
Seni,seni fikirleshdiyim sensizliyimde keshf etmishdim men.
Seni dag zirvesi bilib eteklerine chox uzaqdan gelmishdim men.
Seni zirveden de yuksekde buluddan beshiyde korpe kimi yatdiqini bilmirdim.
Sen menim uchun film deyilsen ki,gozlerim senin sonunu gozlesin.
Bash rolunu oynadiqimiz bu filmin sonu her kesi kovreltsin sevincden.
Sen olumumde son,dogulushumda ilk nefesim,Artdi hevesim
Yari olduqum seni gorenden sonda derk etdim.
Senle el-ele gezdiyimiz kuchelerin toz-torpaqi dogma
Senle oturub dalqasina baxdiqim denizin chirkabi dogma
Senle kederini daddiqim o hesretin xatireleri bele doqma gelir.
Senle yashadiqim sevginin qorxusu dogma,ichimi derir.
Yadima dushende ki,bu mesafeleri def ederek yeni gorush gelir.
Qefese baqlanib sanki zaman,saniyeler uzanhauzan
Sene desem ki,uzaqda gorduyum sheherin ishiqlari saxta gozellik.
Zovq ala bilmirem,sensiz qala bilmirem,ah tez geri donsem.

Terk etdiyen o yerde tek
Her gun eyni umidle gozleyerek.
O DONECEK

Seni menden ayirsaydi olum belke bele chetin olmazdi.
Her gun seni fikirleshmezdim,daha rahat olardi ichim.
Aqlayardim her gun biraz,gozum arxanca qalmazdi.
Shekillere baxardim,qeder ile razilashmazdim.
Bir gun ya metbex bichaqi,ya da ulguc dost olardi damarlara.
Bu tereflerde senden ayri qalmazdim.Amma ne yaziq ki,yazi bashqa
Sagsan ve menden ayri.ona gore bashqa fikirler firlanir bashda.
Seni oldurmek hissi kechir ichimden.Buna gore,guneshim,meni baqishla.
Sene yonlendirdiyim cavabsiz chaqirishlardir yeqin ishlerivin ters getmesinin tek sebebi.
Qarshisin ala bilmirem artiq artan esebin.Men ne deyim ki,xoshuva gelim?
Deyim ki "Seni artiq sevmirem",ozume yalan danisha bilmirem.bunu menden yaxshi bilirsen.
Yoxsa deyim "seni deliler kimi sevirem"?Yox,seni senden chox sevecek qeder agilliyam,bunu bilirsen.
Ya da mobil telefon,hele de adivin sonunda "M"herifi durur.
Sadece mesaj yazacaq qeder menlik balansinda yoxdur qurur.
Tupurmushem zamanla elaqeli butun aforizmlere."zaman unutdurur"kimi bosh sozlere.
Ya da "sevgiline gore,sevgiye gore chalishmaq lazimdir"kimi xosh sozlere.
Shablonlardan uzaqlashmishdim senin olduqunu derk edende.
Ya da ki,hamidan ferqli,"sen get men otururam"deyib meni terk edende.
Sen hele de gulerek kechirdiyin gunlerde men hele de "necesen?"sorushanlara cavabda deyirem "bele de".

[ eger sen qarshiliqli mehebbetsiz sevirsense,yeni senin sevgin 1 sevgi olaraq cavab sevgisi dogurmursa,1seven adam kimi sen heyati tezahuru uzre sevdire bilmirsense onda senin sevgin gucsuzdur.Bu,Bu bedbextlikdir ]

Terk etdiyin o yerde tek.
Her gun eyni umidle gozleyerek
O DONECEK...

0

31

Kaş ki... kaş, dünyaya heç gəlməsəydim! Ama əlimdə deyildi gəldim də. 

Kaş ki… evlənməsəydim! Ən azından aldadılmazdım,tərkedilməzdim.

Kaş ki… 10 illik evliliyimi(...)ləməyə məcbur qalmasaydım! Lənət olsun nə çok kaşlarım var elə deyilmi? 
Kaş ki... hər yazım sevinc və xoşbəxtlik daşısaydı...hər sətirimdə sevinc qışqırıqlarım yayılsaydı  yerüzünə çatmadığı bir tək belə ürək qalmasaydı...                                                       
Kaş ki... Meni anlaya bilsəydin, mənimlə birlikdə dərdlərimə şərik olsaydın….
Kaş ki…  həyatımızda, heç kaşlar olmasaydı, sadəce nə yaxşı ki’lər olsaydı Həyat nə gözəl olardı...

0

32

а  теперь по русски пожаста....

0

33

...
...Лучше бы….Лучше бы в нашей жизни не было бы слов «лучше бы», а были бы слова «хорошо, что»…Тогда и жизнь бы стала прекраснее….

0

34

ХОСТ – гёйдян уч дяня алма дющмяди…

В одной клетке жила была птица…Каждый раз она смотрела на голубое  небо ,сидя в своей клетке, слушала голос ветра, смотрела на птиц, перелетавших с одной ветки на другую…Бедная птица была несчастной…Она мечтала как и другие птицы быть свободной, летать по чистому и бесконечному небу..Иногда другие птицы смотрели на неё с удивлением. Они не могли понять, как можно жить в одиночестве в закрытой клетке… Птица же мечтала свить себе гнездо на дереве, вырастить птенцов, наслаждаться ароматами цветов…
  В один прекрасный день хозяин птицы забывает закрыть клетку. Птица смотрит на голубое небо, слушает голос ветра…Смотрит на других птиц из открытой клетки. Видит чужие гнёзда, видит цветы…Улететь или нет??...нужно сделать выбор…И на протяжении всего дня птица ломает голову над этим вопросом…Вечером возвращается хозяин и, заметив, что дверь клетки открыта, закрывает её….

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.

0

35

Гаранлыг..бош маса..
Эльде мектуб: 3-дже келме..
Гозлеме..багышла..эльвида…
Эльвида..назлы умидлерим,эльвида..
Эльвида…мен гедирем, амма аглама..
Эльвида – яндырараг корпилери,
Гедирем,сона чатыб эсерим…
…гедирем гаранлыг щехерин хесте кюлеклеринден..
Гедирем мени севенлерин ичинден,уреклеринден..
Гедирем, бу торпагда битмедим мен, бу джемьет анламады..
Ве гедирем илк гатар хара апарса,ферги йох..
Эльвида,догма пенджерелер ,эльвида..
Эльвида..улдузлу геджелер,эльвида..
Гедирем..Дивардаки ресимлерими туллаярсыз,
Яздыгым щеирлериде ким истяся пайлайырсыз..
Гюльдюрерсиз севгилими дарыхыб аглаянда,
Яндырарсыз чадыры кимся яс сахлаянда..
Лазым дейил гуру хормет, мене догма фаджиям..
Эльвида..сонунчу мисра..сенле битди гафиям…

0

36

Aysel Teymurova feat Arash-- Always  (Eurovizion 2009)

0

37

Sindi, izvini doroqaya, pereputal temi))))))))))

0

38

Ничего страшного..онсузда тема "ХОСТ" мяннян башка хеч кяся мараглы дейил..)

0

39

Mene maraqlidir, prosto inet zeifdir ska4at eliyib gulag asa bilmedim ki onlar ne oxuyur. ama sene soz sabah ska4at edib gulaq asacam ona!

0

40

Vahid написал(а):

Mene maraqlidir, prosto inet zeifdir ska4at eliyib gulag asa bilmedim ki onlar ne oxuyur. ama sene soz sabah ska4at edib gulaq asacam ona

сене хер шей мараглыдыр)

0

41

Ceyran

ne xer shey, a bezi sheyler)))

0