Həyatı
İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Tam Adı Mikayıl Əbdülqadir oğlu İsmayılzada
Doğum Tarixi 1908
Doğum Yeri Bakı
Ölüm Tarixi 1938
Ölüm Səbəbi Repressiya edilib