Добро Пожаловать на Форум комнаты БАКИНСКАЯ_ВИКТОРИНА

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



Qadin shairelerimiz

Сообщений 1 страница 18 из 18

1

русские стихи или переводы азербайджанских стихов на русский здесь не приветствуются. smile.gif

Mövzunu taninmamish bir shairemizle bashlamaq isteyirem.

Meshedi xanim Leyla 1892 ilde Bakida anadan olub. cemi 20 il yashayib. 2 sheiri bize gelib chatib. onlardan birini ölüm yataginda heyat yoldashi shair Seyyid Zergere diqte edib.

Helal qil meni, ey shairi-fikar, ölürem.
Edib daha meni gürgi-ecel shikar, ölürem.

Zemane qoymadi bir dem deyim, gülüm, danishim,
Gözümü qoydu menim sende intizar, ölürem.

Bahari-ömrümü dövrani-dun xezan etdi,
Olundu ishretimin rexti tarümar, ölürem.

O aglayan gözüne gözlerim feda olsun,
Dayanma, al kefenim, hazir et mezar, ölürem.

Meni bagishlaginen, chox xecaletem senden,
Cefami chekmisen, efsus, sed hezar, ölürem.

Nishane qalmadi menden, qizim da öldü menim,
Gözüme oldu eceb tire ruzigar, ölürem.

Qizimla men sene, ey ashiqim, feda olduq!
Bu qezel sene mendendi yadigar, ölürem.

Helal qilginen, ey dust, xeste Leylini,
Görüm ola sene Perverdigar yar, ölürem.

0

2

Xurshudbanu Natavan

Yenə ya rəb,nə gəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub,ustad olan könlüm.

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə,mənim abad olan könlüm.

Niyə peymanədən keçdin,niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün,mənim bərbad olan könlüm?

Fəraqin ruzi-məhşərdir,sərasər möhnəti-qəmdir,
O zülfün kimi dərhəmdir,mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə,günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə,mənim naşad olan könlüm.

0

3

Muasir shairemiz Xatire Vagif

Qürbətdə yazan azəri Dərvişdir, İlahi,
Qanunmu bu, ya sərsəri gərdişdir, İlahi.

Bir əhli-qələm ki ,qala yad eldə qəfəsdə,
Susmaz ürəyi ,çünki bu vərdişdir, İlahi.

Çoxdur susayan xalqımızın qanına, ya rəbb,
Ey vah, dönürük hansı yana dişdir, İlahi.

Düşməz ana yurdun saçına dən, ümid etdim,
Hər yarı bölündükcə o dən düşdü, İlahi.

Odlar elidir söylədilər, odlara yandıq,
Düşmən alovunda bu vətən bişdi, İlahi.

Hər gün ürəyimdən axan həsrətdi, deyil qan,
Çün Xatirənin köksünü qəm deşdi, İlahi.

0

4

Xatire Vagif

Yanar hicrində bu canım, qarışar nəva nəvayə,
Mənə rəhm eylə, a yarım ,gəzirəm dəva dəvayə.

Gözüm ol cəmalə həsrət, nədi bu bəlalı hikmət,
Düzü görsəm səni, vallah, çataram o an şəfayə.

Bu nə qüvvət bu nə qüdrət, adı məşhur –məhəbbət,
Vurulur göz, üzülür qəlb, salır insanı cəfayə.

Yolu eşqin çox əziyyət, çəkə möhnət, çəkə xiffət,
Sonu vəsl olsa gər əlbət, çatar ol şəxs səfayə.

Gələ canan, bitə hicran, ürəyim eşqdə ümman,
Hanı o dərdimə dərman, bürüyəm zərə zibayə.

Salam olsun ərzi həqqə, salam olsun əhli həqqə,
Salam olsun ol cənabə, o rəsuli Mustafayə.

Sevirəm hicrini yarın, diləyir Xatirə hər gün,
Yenə yandır, yenə cövr et məni- eşqi -mübtəlayə.

0

5

Xatire Vagif

Oyan ,ey qafil ürək, “göz yaşı yandırdı məni”,
Nə dərin uyqudasan ,odlar usandırdı məni.

Axı atəş bürüyüb dörd yanını, görmürsən,
Dedi –yansam su səpər–, dözdü, inandırdı məni.

Çox dedim öz özümə, eşqə kamal ilə gedim,
Könül israr elədi, yolda dayandırdı məni.

Sözüm hər ləhzədə söz mülkünə olduqca qonaq,
Bu kasıb xanimanım ,mülküm utandırdı məni.

Nə qədər qaldım iraq, duymadım aləmdə nə var,
Beləcə ömr eləmək dərdə boyandırdı məni.

Demə qəflətdə idim sevgili yarımdan uzaq,
Yerə göndərdi səda, Quran oyandırdı məni.

Dedi, ey Xatirə ,aç qəlbini dördüncü qata,
Fuadım verdi xəbər, vəslinə qandırdı məni.

0

6

Xatire Vagif

Rəbbim yaradıb şövq ilə aləmdə gözəllik,
Həm sübhdə, həm zil gecə, hər dəmdə gözəllik.

Hər ləhzə sevinc axtarır insan özü, mənsə,
Tapdıqca elə hey tapıram qəmdə gözəllik.

Tənha bu gözəl dəhrdən heç zövq ala bilməz,
Arifdir o kəs ki, görür həmdəmdə gözəllik.

Xaliq nə yaratmış ,ona öz nurunu salmış,
Cəm olmuş o vaxtdan elə adəmdə gözəllik.

Tanrım demiş: Insan, məni axtar ürəyində,
Quranı oxu, orda hər ayəmdə gözəllik.

Gər Xatirə tək yurdunu sevsən deyəcəksən,
Ölkəmdədi, ölkəmdədi, ölkəmdə gözəllik.

0

7

Xalidə Əfəndiyeva-”Rəsulullah(s.ə)”

Aləmlərə rəhmət gələcəkdir, dedi İsa,
Nur saçmağa Əhməd gələcəkdir, dedi İsa.

Dəvətmi var Hira dağına, ya Rəsulullah,
Vəhyin mələyiylə sənə nur göndərib Allah.

Onsəkkizimin aləmə sərvər səni seçmiş,
Müslim deyilən ümmətə pərvər səni seçmiş.

Miracın ilə sən dini, imanı gətirdin,
Rəbbin bizə lütf etdiyi Qur`anı gətirdin.

Ol yarə dedim min səlavat, min salam olsun,
Zülmət yerinə qəlblərə rəhmət nuru dolsun.

Qəlbində müsəlman yazılan var səni gözlər,
İmanına sadiq nəbiyə yar səni gözlər.

Sən yoxsan əgər baxçada bülbül gülə gəlməz,
Bilal Həbəşi susdu da sənsiz dilə gəlməz,

Görməkdə gecikdim səni gəl gör ki, əfəndi,
Sənsiz də səni sevməyi öyrəndi Əfəndi.

0

8

Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən acır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?

Əsən rüzgarın da yoxdur vəfası
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən-
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır neyləyim

0

9

Мирварид Дилбази

Omrumu para-para men sene qurban eledim,
Eledim aşikara, sanma ki, punhan eledim.

Qan tokenlerle aram yoxdu; feqet efsus, ozum
Dozmedim yoxluğuna, gor ne yaman qan eledim?

Men sedaqet bağının bağbanıyam, el de bilir,
Bu bağı sidqim ile gor ne gulustan eledim!

Mirvarid! Şe're-soze sığmadı divaneliyin,
Eşqini incime ki, aleme dastan eledim...

0

10

Gozlerin qesdime durmakda yaman xan eleyir,
Gah meni abad edir, gah da o viran eleyir!

Gul acıb, qoncelenen yerde xezan fesli gelir,
Eşqimin gulşenini gor nece viran eleyir!

Ox atır, ovcuya bax, gozleri dolmuş marala!
Konlunu vurgununun gor nece şan-şan eleyir!

Mirvarid! Zalıma bax, kan aparır ox deyeni,
Baxmayır vurduğuna, zulmunu punhan eleyir.

0

11

Dağ lalesiyem, cenli dağ ister yene konlum,
Dağlarda soyuq bir bulağ ister yene konlum.

Goy gurlaya, el seslene dağlar, ulu dağlar!
Ordan teze bir soz, soraq ister yene konlum.

Gurşadi yağa, guller yuyuna yaz yağışında,
Goy qurşağı ata, çılçıraq ister yene konlum.

Cıxdım uca dağ zirvesine, men qışa duşdum,
Dağlarda guneşden ocaq ister yene konlum.

Gezdim bu veten mulkunu, men qol-qanad açdım,
Gul fesli bu gulşende bağ ister yene konlum.

Soz coxdu sinemde, mene mohlet vere iller,
Son menzilini cox uzaq ister yene konlum.

Mirvarid, el-alem, bu heyat, dur, seni sesler,
Oz omrune elden dayaq ister yene konlum.

0

12

Men ah elesem hec biri bir yana yetişmez,
Kim bunca ezab çekse meyer canana yetişmez?

Min fesli-bahar, min gul açıb, etrini saçsa,
Bir qoncesi de men halı virane yetişmez.

Gunler boyu andıqca seni odlara yandım,
Yandım, bu odun zerresi min yana yetişmez.

Qaldim yene hicran siteminde esir, ey dost,
Sensiz ne tebibe, ne de dermana yetişmez.

Gel, şairenin indi cetin gunleri gelmiş,
Gel, sonra elin konlu perişane yetişmez.

0

13

Könlüm quşu ol zülfi-pzrişan arasında,
Biçarə qalıb cənnətü niran arasında.

Gör kim necə sərgəştə qlıb valehü tənha,
Ol xali-xəta ilə Bədəxşan arasında.

Tüğyan eləyib dərdü qəmim, bu dili zarım
Bir kəştiyə bənzər qala tufan arasında.

Dil zülf ilə rüxsarına çün qıldı tamaşa,
Avarə qalıb küfr ilə iman arasında.

A, gör nə əcəb möcüzədir kim, necə bitmiş
Bir sümbüli-tər atəşi-süzan arasında.

Ey dil, eləmə qəm ki, onun yoxdu təfavüt
Kuyində çu dərviş ilə sultan arasında.

Çün yar qılıb lütfünü kəm, hanı o hədən,
Ta sülh qıla yar ilə Heyran arasında.

0

14

AYRILIQ

Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...

Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!

Nigar Rəfibəyli

0

15

Nərmin Kamal

Fərqimiz yoxdur

Uşaqlıqda hamımızın pis yaraları olub
yorğana dəyəndə qopub
oyanmışıq
Başımız yerdən on qarış aralıdı
bundan az olana acıyırıq
Hərəmiz ən azı bir adam sevmişik
Qəribə yuxular görmüşük
Quşlara baxıb köks ötürmüşük
İtkilərə göz yaşı tökmüşük
Söz vermişik etməmişik
Heç birimiz
Arktikaya getməmişik
Hamımız açar itirmişik
Ölməyəcəyimizi düşünmüşük
xeyri yoxdur
Səs verəcəyik
çarəmiz yenə yoxdur
imkan verəcəyik onlara ki
həyatımızı alt-üst etsinlər
Öləndə hamımızı şlanqla yuyacaqlar
Sözdü də deyirlər
çətin gündə həyat yoldaşlarımız
üzümüzə tüpürəcəklər
atacaqlar daşımızı
mələk kimi gəlmişdilər
götürüb gedəcəklər zibillərini
biz tək qalacağıq axırda
hamımızı qurd yeyəcək
doyacaq acıyıb bir də soracaq
Yüz ildən sonra isə
heç kimin tükü tərpənməyəcək
adın gələndə
O adı sənə
sevgiylə qoymuşdular
Belədi bu iyvermiş camışlar

0

16

Allah bizdən üzr istəyəcək

Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər
yeni sevgilər
üsyanlar
göz yaşları
çörək savaşları
batmayıb ayaqda qalmaq,
yaşamaq və yaşatmaq qovğası
intiqam almaq ehtirası
ala bilməməyin yası
artıq dözülməz olanda
tək və gücsüz uzananda qəsəbə səkilərində
Allah üzr istəyəcək bizdən
Bağışla
- deyəcək, qızım
bağışla ki,
sənə yaxşı tale vermədim
təəssüflər içində keçir ömrün
bağışla, mənim balam
- deyib hönkürəcək
Mən onu başa düşəcəyəm,
qolumu qaldırıb sarılacağam boynuna
üç dəfə yüngülcə
kürəyinə vuracağam əlimlə
eybi yox, deyəcəyəm,
Eybi yoxdur
Əlini saçlarımın arasına salıb dolacaq,
bunu belə sarışın etmədim,
bunu belə qıymadım sənə - deyəcək,
Yaxşı, belə də sevənlər oldu məni
qara saç da pis deyil - deyəcəyəm
- Peşman olmuşam,
sevdiyin pişik balalarını belə yaşatmadım
üçünü bir gecədə öldürdüm,
- Bəsdir, deyəcəyəm, üzmə özünü
başqalarının da pişikləri ölür,
hətta uşaqları ölür
Allahın boğazı qəhərlə dolacaq
daha möhkəm hönkürməyə başlayacaq
acizəm, bağışla
- təkrar-təkrar bunu hıçqıracaq
mən də ona qoşulacağam
- yaraşmaz sənə kiçilmək
bəsdir, onu sakitləşdirməyə çalışacağam,
bundan daha pis həyatlar var
narahat olma, yaxşıdır hər şey - deyib
gözlərini siləcəyəm
Allahı əfv edəcəyəm

Nermin Kamal

0

17

ÜÇ QADIN

Bulvar kafelərinin arabes tüstüsündə
üç qadın
üç küçə qadını
İçdilər
Hər şeyin sağlığına içdilər
Yanlarına gələn kişilərin arvadlarının sağlığına
Dırnaqlarındakı boyanın sağlığına
Yağışın qarın sağlığına
Bizimki belə gətirdi
Amma acılara öyrəşilməz
Şeylər var dəyişməli
Üç-beş il sonra həyatlarında əlbət dönüş baş verəcək
Amma üç-beş il dediyin şey
Asan keçməyəcək
Onlar LƏKƏlidirlər
Amma dünyada
Varmı çirklənməmiş bir bulut
Unut bura qədər oxuduğunu, unut
Sonuncu martinini Ahmet Tellinin sağlığına açdılar
Göz qələmi və dodaq boyasıyla
Bir parça kağıza
Qalın-qalın köçürdükləri
Şerini oxudular
"dünyanın dışına atılmış bir adımdın sən
ömrümüzsə karşılıksız sorulardı, hepsi bu"
Ay sərbəsti şer saymayan, quqquluqu,
Sənin ananı, bacını, nəslini, soyunu
Gizlət, heç olmasa,
Demə bu çatışmazlığını
Qadınlar tüpürdülər
Söydülər qoşmabazların zatını
Nə gündəmdəydi orda
Həyatmı içkimi ədəbiyyatmı?

Nermin Kamal

0

18

XURŞİDBANU NATƏVAN

Hicrin edibdi könlümü bərbad, ağlaram,
Çoxlar tutar bu halıma irad, ağlaram.

Könlüm evi xərabtər oldu fəraqdən,
Vəslin bu mülkü etmədi abad, ağlaram.

Dami-fəraqdəkən, çox ilahü labələr
Etdim, nə sud, etmədi azad, ağlaram.

Nə hicri-yarə taqətü halım vəfa edər,
Nə vəslə çatmaz əl, edibən dad ağlaram.

Çəkdikcə cövri-hicrini könlüm fərəh tapar,
Şadam bu əmrə, bəs niyə naşad ağlaram?

Guyində məhrəm etdi rəqibi, səfa ilə
Qəhr ilə etmədi məni həm yad, ağlaram.

Hicrində xoşdur ağlamaq ahü fəğan ilə,
Səs verməsə bu naləvü fəryad, ağlaram.

Çün Natəvani-zarü zəifəm fəraqdən,
Bu gündə yar etməsə imdad, ağlaram.

0