Добро Пожаловать на Форум комнаты БАКИНСКАЯ_ВИКТОРИНА

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



Azərbaycan dilində şeirlər

Сообщений 1 страница 39 из 39

1

Yoxuşlar çıxa-çıxa,enişlər enə-enə
Bulaqların başında görüşdük dönə-dönə.
Hər sirimi sözümü sənə söylədim sənə,
Dedin arxan olaram düşsən dara çətinə,
Nifrət sənin eşqinə,nifrət məhəbbətinə!

Dedin Leyli olaram,hər vaxt səni anaram,
Dedin Əsli olara,eşqin ilə yanaram,
Özümü bu dünyanın ən xoşbəxti sanaram
Tirmə-şal geyməsəmdə,möhtac olsam sətinə,
Nifrət sənin eşqinə,nifrət məhəbbətinə!

Parlayardın ay kimi,doğardın ulduz kimi,
Sarılardın boynuma,yalayardın duz kimi,
İnanmazdım sən məndən soyuyarsan buz kimi,
Axı sən and içərdin eşqin ülviyyətinə
Nifrət sənin eşginə,nifrət məhəbbətinə!

Mənə sevirəm deyən dilindən utanmadın?
Mənə gül dərib verən əlindən utanmadın?
Hərdən telimə dəyən telindən utanmadın?
Böyləmi sadiq qalar söylə insan eşqinə,
Nifrət sənin eşqinə,nifrət məhəbbətinə!

Bilsən istəyim nədir,soruşsan ki nədir bu?
Budur sözümün canı,budur sözün doğrusu
Qaytar mənim eşqimi ey məhəbbət oğrusu,
Bir daha baxmaram ta o dönük sifətinə,
Nifrət sənin eşginə,nifrət məhəbbətinə!

Отредактировано Vahid (2009-03-19 23:30:44)

0

2

Fəhlə özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Hər məclisi- alidə soxulma tez arayə,
Sən dur ayaq üstə,demə bir söz ümarəyə,
Caiz deyil insanca danışmaq füqarəyə?!
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Fərq ilə ğinə əhlinə kim verdi müsavat?
Mənada də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsənə isbat,
Bu mümtənəi qabili – imkanmı sanırsan?1
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi- ğinayə nə şeyindən?
Bir abbasi gün müzdunu milyanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi- hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan- xanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə, çıxacaqsınızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü – lillah,
Odlara yanırsan?!

0

3

Sən gəlin köçürsən üzündə sevinc
Mənimsə qismətim qəm oldu bu gün.
Yanağın sevincdən islandı sənin
Mənimki qüssədən nəm oldu bu gün.

Sən getdin elə bil yıxıldı taxtım
Sən getdin çarəsiz arxanca baxdım.
Gülmədi üzümə bu qara baxtım
Yenə əvvəlki tək kəm oldum bu gün.

Məhkuma dönmüşəm mən öz önümdə
Cavab yox sualım-sözüm önündə.
Nədəndir bilmirəm gözüm önündə
Bütün xatirələr cəm oldu bu gün!

Gedirsən-ümid yox gedənlər gələr
Nə edək, TANRIdan gismətmiş belə.
Ağlım itməmişdi içkidən hələ
Qüssədən kədərdən dəm oldum bu gün!

0

4

Dəli kimi sevdim gözəl dəlini,
Gül verdim,yandırıb-yaxdı əlini,
Seçib cümlələrin ən gözəlini
Titrəyib söylədim sözümü sənə,
Sevdirə bilmədim özümü sənə...

Həsrəti,vüsalı qoşa sevdirdim,
Üşüyən əynimi qışa sevdirdim,
Yalın ayağımı daşa sevdirdim,
Tanıda bilmədim izimi sənə
Sevdirə bilmədim özümü sənə...

Alışıb yanardım göz istəsəydin,
Bir nəğmə olardım söz istəsəydin.
Məni görmək üçün göz istəsəydin
Kor qalıb,
verərdim gözümü sənə:
Sevdirə bilmədim özümü sənə.

Sənə hər məktubu yazdım qanımla,
Ruhumla,hissimlə,həyəcanımla,
Sevinclə ölərdim,
əgər bununla
Bağışlasaydım mən
ömrümü sənə:
Sevdirə bilmədim özümü sənə.

0

5

Mənə qadan alım demə, əzizim,
Mən sənin başına dönə bilərəm.
Sənsiz qəm alovlu yanan ocağam,
Ağlama, yağışdan sönə bilərəm.

Mən Günəş gözləyən puçuram hələ,
Özüm öz dərdimdən qaçıram hələ.
Ulduzdan ulduza uçuram hələ,
Çağırsan torpağa enə bilərəm.

Qıfıl axtarıram mən açar kimi,
Imdad gözləyirəm bir naçar kimi.
Hələ ki, susuram günahkar kimi,
Bir gün üsyan edib dinə bilərəm.

Deyəsən Tanrıya yetişdi duam,
Hələ ki, cavabsız qalıbdı sual,
Küsmüsən, beləcə küsülü də qal,
Barışsan, sevincdən ölə bilərəm.

N. Kəsəmənli

0

6

.Mənim göz yaşımı görməyəcəksən!

Poeziya, Nusret Kesemenli sherleri

Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksən.

Tale oyunlara atacaq səni
Fəryadın göylərə çatacaq sənin.
Günahın gözünü tutacaq sənin,
Mənim göz yaşımı görməyəcəksən.

O gülən şəklinə baxıb ağlasam,
Gözümə bir eynək taxıb, ağlasam.
Üzümü ovcuma sıxıb ağlasam,
Mənim göz yaşımı görməyəcəksən.

Sən elə bilmə ki, qəmdən uzaqsan,
Bir yağış altında sönən ocaqsan.
Üzümə baxmağa utanacaqsan,
Mənim göz yaşımı görməyəcəksən!

0

7

Niyə gəldin...

Niyə gəldin, axı,
Səni mən çağırmamışdım.
Özün gəlmişdin,
qara bir sevda kimi,
Ürəyimin əkin yerinə
quş dimdiyindən düşən buğda kimi
Cücərməyəydin gərək,
həsrətinlə baş – başa qalacaqdımsa,
Gözləyə - gözləyə heykəl kimi donacaqdımsa,
heç gəlməyəydin gərək...
Duru gölə daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltək
öldürməyəydin gərək,
Şamın son şöləsini
söndürməyəydin gərək,
Niyə gəldin sən, axı,
Heç gəlməyəydin gərək...

Bir quş yuvası kimi
ürəyim boş qalıbdı.
Sənə kim bağışlayar
bu çəkilməz günahı?!
Niyə gəldin sən, axı...

N. Kəsəmənli

0

8

Getmek isteyirsen...

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır.

Döşənib yollartək ayaqlarına
Sənə yalvarımmı...bü mümkün deyil!
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Demirəm sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə...

Getmək istəyirsən...
O yol, o da sən...
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi...
Nə vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən...
Nə danış, nə din!
Yox ol uzaqlartək dumanda, çəndə...
Nəyimi sevmişdin?
Deyə bilmədin,
Indisə yüz eyib görürsən məndə.

Getmək istəyirsən,
Bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir,
Baxışın ögey,
Gedirsən,
səsin də yad olsun barı...
...

0

9

Bir sevda ağlayır...

Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.

Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hır gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.

Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri, yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim...

Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...

Bacara bilmədim özüm – özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,
Itmiş qaş – daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim...

Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim...

0

10

Mən sənin özünə həsrət qalmışam
Suya həsrət qalan çiçəklər kimi.
Səni gözləyirəm hər səhər axşam
Bülbülün gözləyən çiçəklər kimi

Sənsiz günəş olsa ürəyim donar
Sənsiz bu dünyanın özüdə təkdir.
Sənsiz nə ay çıxar,nə ulduz yanar
Yansada o sənsiz nəyə gərəkdir?

0

11

Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdi nağıllar
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən

“Sim Sim” i sözlə yox zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram mən

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi.
Gözlədim, göylərdən alma düşmədi.
Daha nağıllara inanmıram mən!...

Nusret Kesemenli

0

12

Ömürdən bir gün də...

Ömürdən bir gün də...

Ömürdən bir gündə keçdi, beləcə,
Yarı yuxuludur,
Yarı oyaqdır.
Duyğular qoynunda ötən hər gecə
Kiminsə ömrünə qayıdacaqdır.

Ömürdən bir gündə keçdi, beləcə;
Bir gün də gecədə pul kimi itdi.
Peşiman bir gözəl qayıtsın necə,
Özünü bir qəlbdə öldürüb getdi...

Ömürdən bir gündə keçdi, beləcə;
Dumanlar içində yuxudu bəlkə.
Kimsə bu günümə bəlkə güləcək,
Kimsə yazdığımı oxudu bəlkə...

Ömürdən bir gündə keçdi, beləcə;
Getdi...
Bir ümidə güman azaldı.
Bir xəstə bildi ki, mütləq öləcək,
Deməli, möcüzə uman azaldı.

Ömürdən bir gündə keçdi, beləcə;
Qəbristan yoluna təzə iz düşdü.
Bir ana bətninin qaranlığından
Çarpayı üstünə bir gündüz düşdü.

Ömürdən bir gündə keçdi, beləcə;
Yaş bir balıq kimi sürüşür günlər,
Axan ulduzlarla ağlayır gecə,
Doğan günəşiylə gülüşür günlər.

Ömürdən bir gündə keçdi, beləcə;
Bir kəl buynuzuna görən nə doldu?!
Birini sükanda haqladı əcəl,
Bir bağa çanağı kül qabı oldu.

Ömürdən bir gündə keçdi, beləcə;
Ömür kitabında vərəqlər ağdı,
Qapqara kölgəmdən bezib bu küçə,
Kölgəmi səkilər aparacaqdı...

Ömürdən bir gündə keçdi, beləcə;
Səhəri günəşli,
Axşamı qürub.
Ömürdən bir gündə keçdi, beləcə;
Görəsən qarşıda hansı gün durub?!

Nüsrət Kəsəmənli

0

13

Yalan

Ömürdən bir günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızda ayrılan köçəri quşuq,
Kim bilir, bəkə də görüşdük bir də...

Boşalır ürəyin, dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb dilində qalır sözlərin,
Özün də bilmirsən nə istəyirsən.

Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimi qarışıq düşər.
Fikirli keçərsən bu gün yolları,
Ünvanın adımla dolaşıq düşər...

Dəli tək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ,
Elə yeriyir ki, izi də qalmır.

Aça da bilmirik sirri heç kimə,
Elə, gizli-gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə,
Min yalan uydurub danışırıq biz...

Nüsrət KƏSƏMƏNLİ.

0

14

ETIRAF

Fikirli gelirem,
Dalgin gelirem,
Qaygili gozlerin 4ekir sheklimi.
Bezen gec gelirem,yorgun gelirem
Bitirsen qapida benovshe kimi.

Belke min su4umu bilmisen menim,
Birini uzume vurmamisan he4.
Eyhamla uzume gulmusen menim,
Birce yol uzume durmamisan he4...

Her kes taleyile gelir heyata,
Demirem,ureyi yumshaq olmusham.
Decel balalara mulayim ata,
Senin u4un en decel ushaq olmusham...

Sensen daglar kimi sebrle dozen,
Belke tereddudle 4ox doyushmusen.
Isti bir sevgiden yazmisham bezen,
Soyumush 4ayimi sen deyishmisen...

Uzumde kederden 1 iz gorende
Shirinim olmusan,
Acim olmusan.
Qohumdan,tanishdan pis uz gorende
Sen anam olmusan,
Bacim olmusan.
Bir kovrek sheirimden gozlerin dolub,
Ne deyim,ozgeden 4ox yazib qelem...
Ne qeder duyunlu gunumuz olub,
Duyunlu qashini gormemishem men...

Bir elin metbexde qabda qashiqda,
Bir gozun istide,tustude olub....
Bir elin beshikde,ogul-ushaqda
Bir gozun hemishe ustumde olub...

Yollar 4arpaz-4arpaz,
Yollar qarishiq...
Gece yol gelirem qulagi sesde...
Bizim pencereden suzulen ishiq-
Gozunun nurudur,yolumun ustunde.

Fikirli gelirem,
Dolgun gelirem,
Qaygili gozlerin 4ekir sheklimi
Bezen gec-gelirem,yorgun gelirem...
Bitirsen qapida benovshe kimi...

|||||||||||||||||||||||||||||||||||||||

Qapini doymushem geceyarisi,
Sa4imda bir elin temasi gelib.
Isti dodagimda 1 opush izi,
Elimde 1 sa4in xinasi gelib.

Yuxulu gozunde qizarti gorub,
Qizara-qizara yalan demishem.
Shubhenin behane payini verib,
Hele yatmayib ki,balam demishem...

Tez-tez oynayiram men bu oyunu,
Ne4e yad sifeti gorub gelirem.
Senin 1 omurluk sevgi payinin
Yarisini ozgeye verib gelirem...

Bu ele duygu ki,
Bu ele qem ki,
Min olsa yene de eymezdi seni...
Bezen elesinedeyishmishem ki,
Belke dirnagina deymezdi senin....

Pencere dalindan yollara baxib,
Yuxusuz gozunle vaxti sayirsan.
Korpe balalari koksune sixib
Murgulu-murgulu gulumseyirsen.

Nagil danishirsan "Min bir gece"den,
Nagilin qorxulu,
sehrli,qemgin....
Men ise sallanib kendir geceden
Bir quyu dibine enirem her gun...

Bilmirem meleksen,Allahsan,nesen?
Mene bagishladin ne4e gunahi.
Bele mehribanliq eyledikce sen
Ozum oz gozumden dushurem,axi.....

0

15

KISHI YOX?!

Kishi var ki,kishidir,amma kishiyle ishi yox,
Kishi var,nakishidir,amma deyir ki,kishi yox.
Kishi var,agziciriqdir,sozu dishden tokulur,
Kishi var,agzibutovdur,amma 1 cut dishi yox.
Kishi var,pullu ishi,yaxshi dishi kozde shishi,
Kishi var,qelbi kabab,manqali qusse,shishi yox.
Kishi var,arvadinin xeyli visinden buraxib,
Kishi var,arvadinin dovri-qeminden visi yox.
Kishi var,Azerbaycanda beshinden biridir,
Kishi var,evinde biri vardir,beshi yox.
O qedim Ankarada Punhana erkek dediler,
Kishi bizlerde imish,sen deme turklerde kishi yox....!!!!!

0

16

Qiymətsiz insanlar quru ağacdır
Qaçıb kölgəsində durmağa dəyməz.
Gədənin yaltağın iki üzlünün
Yolunda canını qoymağa dəyməz.

Göy söyüdə calaq vursan almanı
Söyüd budağının dəyişər barı
Gədəni eyləsən dünya sultanı
Taxtına 1 zinət vurmağa dəyməz.

Sən insaf et öz ürəyinlə dost ol
Bağ olub bar verməz hər tikanlı kol
Qızıldan bədənə qondarılan qol
Sınıb əyri bitən barmağa dəyməz

Отредактировано Vahid (2009-03-20 00:51:45)

0

17

:cool: супер..

0

18

Dünyada heçnəyə mənimdir demə,
Hər şey qalacaq bu həyada sənsiz.
Mənimdir dediyin hər bir əşyanı
Başqası alacaq satacaq sənsiz.

Hərkəs unudacaq səni cahanda
Əziz dostlarında,doğma ananda.
Sənsiz yaşamaram deyən cananda
Qəh-qəhə çəkəcək güləcək sənsiz!

0

19

Səni unutsam...

Mən səni unuda bilmirəm, axı

unutsam nələri unudam gərək

gЖylərə baxmışıq aylı gecədə

unutsam gЖyləri unudam gərək!

---___---___---

Dənizi unudum, ya dalğaları

xatirən yadımdan Гıxaydı barı

payızda xəzanı, qışdasa qarı

baharda gЭlləri unudam gərək!

---___---___---

De necə unudum mən səni necə?

sevgi durna dəyil payızda kЖГə

yuxuma gəlirsən mənim hər gecə

ayları, illəri unudam gərək!

---___---___---

Sənin xəyalındır həsrətlə baxan

adındır hər saat qarşıma Гıxan

qarışıb şəklinə gЖzЭmdən axan

yağışı, selləri unudam gərək!

---___---___---

Sinəmdə pəşiman Эrəyim qaldı

uГdun əllərimdə lələyim qaldı

nələri itirib, bax nəyim qaldı

nələri, nələri unudam gərək!

---___---___---

NЭsrət Kəsəmənli

0

20

Mənsiz qalacaqdır bu dünya bir gün

Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....

Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .

Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .

Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .

Qara daş doğular ,
Soyuq , mən adda ;
Bir qadın hıçqırıb saçını yolar .
Ayrılıb gedərəm , tabutum altda
Dörd çiyin görüşər ,
Dörd ürək vurar .....

Mənim çarpayımda süküt uyuyar ,
Artar bir sakini qəbirstanın da .
Bir çiçək köksünü sinəmə qoyar ,
Rəngi ləçəklərə keçər qanın da .

Gəlib bu çiçəyi dərənim olmaz ,
Bahar göyərdəcək , qış solduracaq .
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq .

Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bəlkə yüz il sonra , bəlkə də sabah .
Bəlkə bir Qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq ......

0

21

Yazırıq sevgidən ,
Yazırıq ancaq
Elə sətirlrdə alışırıq biz .
Məhəbbət olubdur oyun oyuncaq ,
Hansı məhəbbətdən danışırıq biz .

Odlara qalanmaq ötəri hissdir ,
Kəlmələr biçimli ,
Sözlər biçimli .........
Çoxları diplomsuz mütəxəsisdir ,
Eh , ürək aldatmaq bir su içimi .
Sevimmi ?!
Tərəddüd qət edə bilmir ,
Bəzən itiririk inam , ümüdi .
Ürək var duyğular fəth edə bilmir ,
Ürək var həndəsi fiqur kimidir .
Bir qəlbə girəndə boyalı sözlər ,
Görən öz sözünü ürək dedimi ?!
Axtarır ,
Axtarır ,
Axtarır gözlər ;
İşləyən bir saat kəfkiri kimi .

Təbəssümlər saxta , söz qiymətlidir ,
Yalanı yalanla alqışlayırlar .
Çoxları könüldən səxavətlidir ,
Hər qıza bir könül bağışlayirlar ....

Elə məhəbbətdən yazırıq ancaq
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun - oyuncaq ;
Hansı məhəbbətdən danışırıq biz !

0

22


Nüsrət Kəsəmənli qələmindən ən çox bəyəndiklərimiz...

OGRU OLMAQ ISTEYIREM...

Qoy milisler esitmesin,
Qorxulu bir sirr deyirem:
Coxdandir ki, bir arzum var,
Ogru olmaq isteyirem!...

Insanlarin arasindan
Eqidesiz adamlari,
Vicdanini pula satan
nadanlari
Ogurlamaq isteyirem!

Bu torpagin gunden-gune
Niye artir derdi-seri...
Dovletlerin arasindan serhedleri
Ogurlamaq isteyirem!

Axi, ne is gormusem ki,
Ogurluq da isdi bari.
Men anamin sifetine
Vaxtsiz dusmus qirislari
Ogurlamaq isteyirem!...

Birisini yixmaq ucun
Ikisinin ulfetini,
Insanlarin ureyinden
Her kinini, nifretini,
Yalanini bundan ona,
Ondan buna satanlari,
Iki seven arasindan
O ucuncu adamlari
Ogurlamaq isteyirem!

Araz axir...
O taydan da insan baxir,
Bu taydan da insan baxir,
Nece milyon gozuyasli ezizimi,
O hesretli Tebrizimi
Ogurlamaq isteyirem!

Indi nece dovletlerden
Mezlumlarin ah-zarini,
Yad torpaqda yatib qalan,
Esrlerin arxasindan
Qollarini catib qalan
Kerbeladan Fuzulinin,
Helebdense Nesiminin mezarini
Ogurlamaq isteyirem!

Ne gizledek, bilir hami
Tonqal catib yandirirlar
bu cahani.
Qelbim deyir:
“Bir azeri meselini yadina sal:
“Ogrudan-ogruya halal...”
Prometey ogurlayib
Insanlara veren odu
Ogurlamaq isteyirem!

Lap qezebi tutsa bele
Yerin mene, goyun mene
Ne deyirsiz, deyin mene
Ogru olmaq isteyirem !!!

0

23

BU, SEN DEYILSEN...

Qayidib gelibsen gozleri yashli,
Deyirsen, bir daha kusen deyilsen.
Hani o vuqarin, o saymazligin;
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Deyirsen vaxt kechir, zaman gozlemir,
Dilin dediyini ureyin demir.
Bu yalvaran gozel sene benzemir,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Deyirsen kusenler barishar yene,
Ne tez boyun eydin besh gunluk qeme?
Ozunden raziliq yarashir sene,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

Derdlisen, derdini get danish suya,
El achma, alchalma men veren paya,
Ele bil dilenchi gelib qapiya,
Yox, bu sen deyilsen, bu sen deyilsen.

0

24

Mənə inanmırsan bir yuxu kimi...

Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq .
Yox , mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .....

Niyə baxışların üşüdür məni ;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir ,
Nə nifrət yeni ;
Elə tərəddüd də köhnədir , yetər !...

Bəlkə də adıma çox söz deyirlər ,
İstəsən inanma ,
İstəsən inan ....
Ayıq ol ...
Adama çox söz deyərlər
Gör hansı doğrudur ,
Gör hansı yalan .

Yaxın gəl ,
Oduna gir bu ürəyin ,
Sevənlər payıza , qışa bürünməz .
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz ...

Hərdən zəng edirsən ,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə .
Bir də zəng edirsən hirslənim deyə ,
Dəstəyi çırpıram əsəblərmə ....

Bir dəstək gülüşlü ,
Biri əsəbi .
Başlayır telefon oynu sonra .
Bilirəm susmağın nədir səbəbi ;
Ox atıb gizlətmə yayını sonra ...

Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq ,
Yox , mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .

0

25

Arzudan o yana...

Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...

Bu istilik hardan, san ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün...
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.

Bu da vüsal günü... Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün...

Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.

Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur...

0

26

Biri vardı,biri yox
Olan olub keçen keçib belke de
İndi daha kövrelmeyin yeri yox
Ömrum boyu bele gelib menimki
Evvelinden biri vardı, biri yox

Uzaqdaydı men isteyen ocaqlar
Üreyimden gelib keçdi sazaqlar
Atalıydi, analıydı uşaqlar
Bizim evde biri vardı, biri yox

Gözlerime doldurmuşam yağışı
Bir koynekde çıxarmışam men qışı
Şalvar-pencek geyinirdi tay-tuşum
Mende ise biri vardı biri yox

Qelbim yandı ilk sevgimden eşqimden
Dara düşdüm el ummadım heç kimden
Meclislerde can deyib can eşiden
Dostlarımın biri vardı biri yox

Üzüm güldü telebeyem deyende
Sıxılırdım dost penceyi geyende
Müellimle dil tapa bilmeyende
Qiymetimin biri vardı, biri yox

Men orduya neler görüb getmişdim
Ürek alıb ürek girib getmişdim
İki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzaq gezdi emi, dayı, bibiler
Söz arası mene evlen dediler
Nişan üçün iki şey istediler
Mende ise biri vardı,biri yox

Vaxt gelecek bu günü göreceksen
Çox suala gözünü döyeceksen
Vaxt gelecek sen özun deyeceksen
Deyeceksen, biri vardı, biri yox..

0

27

SƏNSİZ...

O yerləri unutmadım,
Mən hər gün gəlirəm sənsiz.
Dərdlərimi dalğalarla
Hər axşam bölürəm sənsiz.

Hicran yolumu bağlayır,
Gözlərimdən yaş çağlayır,
Ürəyimdə qəm ağlayır,
Yalandan gülürəm sənsiz.

Gətir baharın ətrini,
Ver mənə bütün dərdini,
Ötən günlərin qədrini
Mən indi bilirəm sənsiz.

Eşqin ruhumu aparır,
Xatirən fəryaq qoparır.
Ölən ölür, can qurtarır,
Mən hər gün ölürəm sənsiz!

P.S. Nəyə görəsə mənə elə gəlir ki, ayrılıq bənövşə rəngdədir... ona görə bu rəng yazdım bu şeiri...

0

28

Allahdan isteyim

Diz cokub qarsinda dua edirem.
Ucalardan uca bilirem seni.
Saxla oz yaninda ruhumu,Allah,
Bir de bu dunyaya getirme meni.

Sirli royalarim dagilacaqsa,
Arzum gozlerimde bogulacaqsa,
Ezabim menimle dogulacaqsa,
Bir de bu dunyaya getirme meni

Namerdi merdinden cox olacaqsa,
Alim ac,gedalar tox olacaqsa.
Yaranmislar bir gun yox olacaqsa
Bir de bu dunyaya getirme meni

Bu yalan dunyanin ters aynasi var,
Sevince benzeyen cox belasi var
Tekrar gormeyimin ne menasi var?
Bir de bu dunyaya getuirme meni

Gordum bu dunyani,quru qefesdir,
Sen bize verdiyin ibretli dersdir.
Bir defe pesiman olmusam,Besdir!
Bir de bu dunyaya getirme meni

0

29

İradəsizlik

Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini
unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşınnan
siləcəyəm saçlarının yumşağlığını.
Gəlməyəcəm sizə tərəf;
Bəhanə edəcəyəm
yolların uzağlığını...
Qovacağam yaddaşımnan
xırmannan sərçə qovan kimi
sarıdimdik xatirələrini.
Qərəzli arzulartək
ürəyimdə boş qoyacağam yerini.

Zəng etməyəcəm sənə,
Əli qiynunda qalacağ
lal telefonun.
Şüşə gözlərdən
kədərli rəqəmlər boylanacağ sənə.
Kədərlə baxacağsan
sükutun hədəsinə.
Hər gecə yuxulu gözlərində
birgünlük ümid öləcək;
Yuxuna qorxulu
şübhələr töküləcək,
Balıncın yarısı üşüyəcək....
Zəng etməyəcəm sənə,
Boşaldı cibimin
2 qəpiklik yükü,
Avtomat telefonların
azalacağ bir sakini.
İki yeri boş qalacağ
arxa sırasında kinoteatrların
Adını tapmayacağsan arasında yeni yazdığım sətirlərin.

...Bu günün də
sənsiz axşamı gəldi,
Evdəsənmi,görəsən?
Telefonun yanındamı
dayanmısan yenə sən?
Səsim isidərmi otağınızı,
Mənnən yeni qeybətlər
edibmi qonşu qızı?!
Boylanırsanmı yenə
mənim gəldiyim yola...
Yordu "bəlkə"lər məni,
-Xaloğlu,
bəlkə,2 qəpiyin ola?..

0

30

Məni görməmisən

Bəzən büdrəmişəm,düzü yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən,görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən,görməmisən sən.

İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən,görməmisən sən

Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən,görməmisən sən.

Yaxşı istəyibsən,yaman tapmısan,
Günəş axtarıbsan,duman tapmısan,
Həqiqət gəzibsən,yalan tapmısan,
Məni görməmisən,görməmisən sən.

Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin,korsan ya nəsən?
Məni görməmisən,görməmisən sən.

Payız demirəm ki,ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən,başdaşına bu söz yazılsın,
"Məni görməmisən,görməmisən sən!"

0

31

Səni unutsam...

Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!
-
Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
-
De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
-
Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!
-
Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!

0

32

Sən demə təzəzdən sevmək olarmış

Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş

Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur

Sən demə təzədən sevmək olarmış
Köhnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!

Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uça
Nə də Kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça

Çixarsan qəlbindən ötən sevginin,
Bir gün də tənhalıq sıxacaq sıni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin

İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə hər zaman sevmək olarmış

Nüsrət Kəsəmənli

0

33

Nüsrət Kəsəmənli - Səni unutsam...

0

34

SƏN UNUT DEMİŞDİN

Çıxıb gileyinin dumanlığından,
Bir dərə sükutlu marağa döndüm.
Mənə eylədiyin yamanlığınla
Keçmişin yaxşıdır,yoxsa ki,indin?

Sevgi zirvələşib əlşatmaz oldu
Getdi uzaqlarda isitdi bizi.
Bəlkə soyuyubdur gəncliyin odu.
Gəl günəşə tutaq ürəyimizi

İndi ürəyimiz quruca yurddu
Sən unut demişdin,mən də unutdum...
Yaşatdıq ömürdə neçə sualı
Dostların "niyə"si cavabsız qaldı.
Cəsarət istədim içə sualı
O nə məndə oldu,nə səndə oldu...

Bir axşam əllərin göyərçin kimi
Çırpınıb qəfildən çıxdı əlimdən.
Çəmənlər izinin göyərtisimi?
Çiçəklər arxanca baxdı əlimdən.

Bahara bu şaxta haradan düşdü?
Çəmənlər saraldı,güllər büzüşdü.
Atıldı dilimdən "qayıt" nidası.
Sən onda küləklər aparan qayıq
Mənsə tənha qalan həsrət adası.
Uzaqda deyildin,yolun bir addim,
Vüqarım qoymadı bir addım atımş
Sən elə bilirsən qurtardı hər şey?!
Sən unut demişdin,
Mən də unutdum?!

Nüsrət Kəsəmənli

0

35

Yalnız Sən.

Gozlerimdeki yash qeder yaxin idin mene
Dodagimdaki kelimeler qeder istiydin
Ve ruhumdaki olum qeder uzag idin.
Ne kecmishimdeki xatireler silindi dash kimi ureyimden
Ne de o gozel shekilin fikrimin en gozel yerinde.
Bir veda ucun neler feda ederse insan
Ya da gozlerini baglayib bir istilik hissetmek ucun
Bir o qeder daha feda ederdim inan!
Sakit gozlerinde itirdim sadiq tenhaligimi,
O ince dodaglarinda tapdim kelimelerin menasini.
Ne dunya dolu dash bedenler lazim mene
Ne de arzularla dolu cansiz gozler.
Tenha gozlerin istediyim qaranlig otagima
Ve yalniz o istilik toxunsun soyuq dunyama.
Indi gel desen qacaram bu diyardan,
Qal desen qapilaram bosh umidlere.
Sus desen tuta bilmerem ozumu
Danish desen unudaram butun soylediklerimi.
Bir umud ucun sataram butun sabahlari
Ya da sade bir baxishin ucun.
Yalniz sen qal kelimelerde
Ve bir de o shirin gulushun.
Ne vacib gunler ezberlemek istediyim
Ne de alovlu soyuq adlar.
Yalniz seni tekrarlayaram
Ve yalniz senin adin tek bildiyim.

0

36

Seve seve ayrilaq

Biz xosbext olmadiq sevenler kimi
Indi son bahartek sizlar qelbimiz.
Belke bu dunyaya gelmisik gulum
Artiraq dunyanin hesterini biz

Tene de,giley de daha ebesdir,
Bu sirli royadan ayrilaq gerek.
Ya sen gecikmisen ya men telesdim,
Indi seve-seve ayrilaq gerek.

Konul gizli –gizli yanacaq indi,
Bir damla goz yasin denizdir mene.
Bize xatireler qalacaq indi,
Senin xatiren de ezizdir mene….

Bilirem.bu hesret uzecek seni,
Calis kolge kimi surunmeyesen.
Gozlerim her zaman gezecek seni,
Calis, gozlerime gorunmeyesen

0

37

Sen gerek…

Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin.
Yene de heyati senden umaydim,
Ele bileyidim ki dunyada teksen.

Illerin omrumden apardigini
Ele bileydim ki getireceksen
Bahar gozleyiridim,
Yene de qisdi,
Bir arzu bir umid oldurmekdense
Aldana-aldana yasamaq xosdu.
Sen gerek ozunu tanitmayaydin…

Sene baxa baxa senin uzunde
Gorunur ozgenisevmisem onda
Her titrek sozumu senin gozunde
Yeqin ozgesine demisem onda

Hissin xumarindayumub gozunu
Onda mehebbetin yuxulu imis.
Sonradan oyanib,
Onda bilib ki,
Suyun lal axini qorxulu imis
Sen gerek ozunu tanitmayaydin.
Sen gerek ozunu tanitmayaydin.
Omur de belece kecib gedeydi.
Sen deme,marala atdigim gulle
Maral derisinde tulkuye deydi…
Sadelovh qelbimden,mehebbetimden,
Kecdiyim yollardan utaniram men,
Yuxulu gozumden agrilar kecir,
Yanimdan sevgisi dogrular kecir,
Senden yox,
Onlardan utaniram men…
Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin
1979

0

38

Ən Ən ƏN cooooooxx sevdiyim şeyrlərdən biri

Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdi nağıllar
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən

“Sim Sim” i sözlə yox zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram mən

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi.
Gözlədim, göylərdən alma düşmədi.
Daha nağıllara inanmıram mən!...

Nusret Kesemenli

0

39

Qəm eyləmə dəli könül,
Ağlayanlar gülər bir gün.
İnsaf eylər zalım fələk
Göz yaşını silər bir gün.

Könül nə yatmısan, oyan!
Kimdir bu dünyadan doyan?!
El-obanı ağlar qoyan,
Bala deyib mələr bir gün.

Daşqın bu dağ, bu da aran,
Keçirtmisən neçə boran.
Fitnə gəzib, şər axtaran
Ləzzətini qanar bir gün.

               Məzahir Daşqın

0